Yeniliklər, inkişaf həmişə köhnənin dağılması ilə nəticələnir


 

Yeniliklər, inkişaf həmişə köhnənin dağılması ilə nəticələnir

 

 

Bakı Slavyan Universitetində aparılan təmir-tikinti işləri bağlı medianın diqqətini çəkən məqamlardan biri də universitetin giriş hissəsinin fasadında olan mozaikanın sökülməsidir.  Bununla bağlı yer alan mediada iddia olunurdu ki, sözügedən məşhur mozaika BSU-ya yeni təyin edilmiş rektoru Nurlana Əliyevanın göstərişi ilə sökülüb. Bu məlumatla bağlı apardığımız kiçik araşdırma zamanı bəlli oldu ki, təxminən 40 il əvvəllə aid olan həmin mozaikalar qopub-tökülürmüş. Bu zaman bədbəxt hadislərin baş vermə ehtimalı da Universitet rəhbərliyini narahat edirmiş. Ona görə də, Universitet rəhbərliyi mozaikaların sökülməsi, Universitetin binasının daha müasir şəkildə təmir olunmasına qərar verib. Universitet rəhbərliyinin bu qərarının tələbələr və vətəndaşlar tərəfindən ciddi etirazla qarşılanmasının isə heç bir əsası yoxdur. Əksinə, mozaikanın sökülməsi ilk növbədə bu mozaikanın dağılıb-tökülməsi nəticəsində tələbələrin üzləşə biləcəyi bədbəxt hadisənin qarşısını almaq olub. İkincisi də, binaların divarlarına məşhur şəxslərin şəkillərinin çəkilməsi, mozaika edilməsi ötən əsrin 60-70-ci illər sovet  memarlığının elementidir. Bu vasitə ilə sovet rejimi ideoloji təbliğat aparırdı. İndi müasir dünyada belə vasitələrdən istifadə edilmir. Əksinə, indi sadəliyə üstünlük verilir. Bu mənada Bakı Slavyan Universitetinin binasının divarlarındakı mozaikaların sökülməsinin heç bir mənfi cəhəti yoxdur və bunun Universitet rəhbərliyinə irad tutulması doğru deyil. Əgər belə olsa biz ötən əsrin 60-70-ci illərində ilişib qala, irəli gedə bilmərik. İnkişaf üçün həm zahiri, həm də daxili dəyişikliklər vacibdir. İnanırıq ki, Bakı Slavyan Universitetinin yeni rəhbərliyi Universitetin binasının xarici görünüşünü dəyişdiyi kimi, bu ali təhsil müəssisəində təhsilin səviyyəsin də yüksəldəcək.

Arzuman Loğmanoğlu,

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti