Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Türkiyə mediasında, sosial şəbəkələrdə Rusiya istehsalı olan S-400 zenit-raket kompleksinin alınmasına həsr olunmuş çoxlu sayda yazılar dərc olunur. Belə yazılardan birində S-400-ün istehsalçısının Azərbaycan türkü olduğu bildirilib.
"S-400-ün istehsalçısı bir Azərbaycan türküdür” baçlığı ilə yayımlanan xəbərdə qeyd edilib ki, S-400-lərin istehsalını ilk dəfə təşkil edən Azərbaycan türkü olan İqor Aşurbəylidir. Onun eyni zamanda S-300-lərin də istehsalçı olduğundan fəxrlə bəhs edilib.
Qeyd edək ki, haqqında bəhs olunan İqor Rauf oğlu Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakıda anadan olub.
1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirib. O, 1985-ci ildə Azərbaycan Sənaye İnstitutunubitirib. Azərbaycanlı alimRafiq Əliyevin aspirantı olub. Aşurbəyli Rafiq Əliyevin rəhbərliyi altında 30 may 1992-ci ildə Azərbaycan Sənaye İnstitutunda öz namizədlik işini müdafiə edib. Elmi işinin mövzusu isə "D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri” olub.
2011-ci ilədək İqor Aşurbəyli on il "Almaz-Antey” baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu dövrdə "Almaz” korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400raketlərinin istehsalı ilə məşhurlaşıb.
Hazırda Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri, Socium Holdinq İdarə Heyətinin prezidenti olan, texnika elmləri doktoru İqor Aşurbəyli eyni zamanda kosmos dövləti olmaq hədəfi ilə yaradılan Asqardia Krallığının ilk dövlət başçısı kimi tarixə adını yazdırıb./azpolitika.info/