Məhəmməd Mirzəlinin yeznəsini döyənlərdən biri Razi Nurullayevin müavini çıxdı

Məhəmməd Mirzəlinin yeznəsini döyənlərdən biri Razi Nurullayevin müavini çıxdı

 

"Məhəmməd Mirzəlinin yeznəsini döyənlərdən biri- İlkin Rəciyevə 5 sutka həbs veriblər. Məhkəmədə İlkin Rəciyev, «Elman Ağayev (Məhəmməd Mirzəlinin yeznəsi) anam Mehriban Əliyevanı, atam İlham Əliyevi söyürdü, ona görə döydüm onu» deyib”. Bu məlumatı hazırda mühacirətdə yaşayan jurnalist, "Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid yayıb.

O yazıb ki, İlkin Rəciyevin başqa bir qardaşı Elnur Rəciyev Razi Nurullayevin müavinidir. "Onun əlində həm də saxta dəlilik kağızı da olduğunu iddia edirlər. O, Məhəmməd Mirzəlinin yeznəsinin döyülməsində iştirak etməsə də, dəlilik kağızına güvənib son 1 ayda Masazırda döydüyü başqa şəxslərin şikayəti əsasında saxlanılıb, bu gün axşam buraxılacağı gözlənilir. Razi Nurullayevin müavini olan Elnur Rəciyev dəlilik kağızı ilə hərbi xidmətdən də yayınıb”.

Xatırladaq ki, bir neçə gün əvvəl Masazır qəsəbəsində bir qrup şəxs hazırda mühacirətdə yaşayan Məhəmməd Mirzəlinin yeznəsi Elman Ağayevi döyüblər. Ağayev özünün qaynına görə, döyüldüyünü bildirib. Elə mühacirətdə yaşayan Mirzəli də bəyan edib ki, onun yeznəsinin döyülməsi sırf onun siyasi fəaiyyəti iə bağlıdır.

Daxili İşlər Nazirliyi isə hadisə ilə bağlı açıqlama yayıb. Nazirlikdən bildirib ki, hadisə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən kafelərin birində qeydə alınıb. "Binəqədi rayonu ərazisində Motodrom adlandırılan ərazidə məskunlaşan Elman Ağayev döyülərək müxtəlif dərəcəli xəsarətlər alması ilə bağlı nazirliyin "102 Zəng Mərkəzi”nə müraciət edib. Məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib və E.Ağayevin Masazırda kafe işlədən İlkin və Veysəl Rəciyev qardaşları tərəfindən döyülməsini müəyyən edilib.

Qeyd edək ki, hər iki qardaş əvvəllər Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə məhkum olunub. Hazırda həmin qardaşlar saxlanılıb və Abşeron RPİ-nin Təhqiqat Şöbəsində araşdırma gedir. Araşdırma zamanı E. Ağayevin kondisioner ustası olduğu və mübahisənin də 20 manat borc üstündə yarandığı məlum olub.

Hazırda bu faktla bağlı İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir”.



Oxşar Xəbərlər

Xəbər lenti