8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Əksər alıcılar paytaxt bazarlarındakı meyvə-tərəvəzin qiymətinin çox olmasından şikayətlənirlər. Bəs, bahalaşmanın əsas səbəbləri nələrdir?
Sozcu.info xəbər verir ki, ARB TV-nin "Günə Doğru” proqramında məsələ ilə bağlı maraqlı süjet hazırlanıb.
Bahalığın əsas səbəblərdən biri rayonlarda meyvə-tərəvəz yetişdirən fermerlərin şəhər bazarlarına çıxış probleminin olmasıdır. Rayonlardan meyvə-tərəvəz gətirilərək, paytaxt bazarlarındakı alverçilərə satılır. Bu alverçilər də həmin meyvə-tərəvəzin üzərinə istədikləri məbləği əlavə edərək satışa çıxarırlar.
Eyyub Hüseynov – AİB-Sədri: "Alverçilər səhərə kimi bazarda olurlar. Gecə kəndli gətirəndə ondan topdan-satış qiymətinə alırlar. Lakin baha qiymətə realizə edirlər”.
Leyla Məmmədova – AQRAR Tədarük və Təchizat ASC-nin Direktoru: "Fermer və son alıcı arasında bəzən kifayət qədər çox vasitəçi olur. Bu vasitəçilərin sayəsində qiymətlər sahədən çox fərqlənir. 20 qəpiyə olan pomidor Bakıda bəzən 2 manata satılır”.
Bu məhsulları alverçidən, yoxsa məhsulun yiyəsindən alırsınız?
Satıcı: "Alverçidən alsaq bizə sərf etmir, baha verir. Gətirəndən alanda həm bizim üçün, həm də alıcı üçün yaxşı olur”.
Satıcı: "Kəndli özü sata bilməz. Vaxt sərf etməlidir, geri qayıtmalıdır. Ona görə biz ondan məhsul alırıq. Hamı üstünə müəyyən qədər məbləğ qoyur”.
Satıcı: "Alverçidən alırıq. Mən yarım qəpik alıram, biri 2 qəpik qoyur. Beləcə gəlib çıxır 15 qəpiyə”.
Məhsul bolluğu yaratmaq və süni qiymət artımının qarşısını almaq məqsədilə artıq bir müddətdir ki, paytaxtda "Kənddən Şəhərə” yarmarkaları təşkil edilir. Bu yarmarkalarda fermerlerin iştirakı ödənişsizdir. Məhsulunu paytaxta gətirmək üçün nəqliyyat problemi olan fermerlər də nəzərə alınır.
Leyla Məmmədova – AQRAR Tədarük və Təchizat ASC-nin Direktoru: "Yarmarkada qeydiyyatdan keçmək istəyən fermer hər həftənin 4-cü gününə qədər bizdə iştirakı ilə bağlı və nə qədər məhsul çıxaracağını bildirdikdən sonra, biz cümə günü onun məhsullarını öz resurslarımız hesabına Bakı şəhərindəki yarmarkalara çatdıracağıq”.
Hazırda paytaxtın 2 ünvanında fəaliyyət göstərən yarmarkaların sayının ilin sonuna qədər 5-ə çatdırılması planlaşdırılır.