27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Xural TV-nin rəhbəri Əvəz Zeynallıya verdiyi son video müsahibədə diqqəti çəkən, ciddi yalanlar səsləndirilib. O yalanlar ki, adi riyazi hesablama ilə onları ibtidai sinif uşağı da ifşa edə bilər.
Sozcu.info həmin müsahibədə İ.Ağazadə tərəfindən səsləndirilən və hələ də lətifə mövzusu kimi dildən-dilə dolaşan açıqlamanı təqdim edir: "Təkcə gündə qərargahımda hər gün 200-250 seçici qəbul edirəm. Bilirsizmi bu nə deməkdir? Gərgin iş, qrafik deməkdir. 11-12 gündür ki, partiyanın qərargahına gedə bilmirəm. Səhər saat 10-dan axşam saat 10-a qədər seçki qərargahındayam. Ərazimizdə 17 min ailə var. 17 min ailənin hər biri ilə 2 dəfə görüşmüşük. Üçüncü görüşümüz də var. Döymədiyimiz qapı yoxdur, açılmayan qapılar, kirayə mənzillər var.Bizdə hər binanın statistikası var. Sizə bina-bina açılmayan qapıları göstərə bilərəm. Açılan mənzillərdə rəylər necədir, kimə səs verəcəklər. Kirayə qalanlar kimlərdir, neçə rusdilli ailə var, başqa millətdən olan neçə sakin var. Bunları bilirik”.
İlk baxışda kimlərsə, ən sadəlövh tamaşaşı, dinləyici "ay aman, halal olsun” deyə bilər. Amma ilk baxışda, amma ilk eşitdiyi dəqiqədə. Amma elementar məntiqi və düşüncə qabiliyyəti olan tamaşaçı bu rəqəmlərin gerçəklikdən İ.Ağazadə qədər uzaq olduğunu bir neçə saniyəlik hesablamadan sonra müəyyənləşdirə bilər.
Gəlin hesablayaq. Cənab Ağazadə bəyan edir ki, seçki kampaniyası başladığı gündən indiyədər 17 min ailə ilə iki dəfə görüşüb. Hətta üçüncü dəfə də bu görüşü planlaşdırır. Necə, hansı riyazi hesablama, hansı sürət və ən nəhayət hansı ağılla... belə bir bəyanat verilir? Keçək hesablamalara.
Pilləkən qalxıb qapı döymək – 30 saniyə Qapı ağzı söhbət – 15 saniyə Evdə söhbət – 3 dəq Sağollaşmaq - 15 saniyə Cəmi -5 dəqiqə... 1700 nəfərin evinə baş çəkmək üçün 4x 1700 = 68.000 dəqiqə Bu isə edir 1133 saat. "Hər evi 2 dəfə ziyarət etmişəm” deyirsə = 2266 saat Gündə 12 saat dayanmadan işlərə 2266: 12 = 188 gün 24 saat dayanmadan işləsə - 94 gün
Keçək digər açıqlamya: "Hər gün 200-250 nəfər adam qəbul edirəm” bəyanatına. Orta hesabla 225 nəfərdən hesablayaq.
Hər kəsə 4 dəqiqə ayırılsa bu bərabər olur 900 dəqiqəyə, yəni, 15 saata. Yəni, partiya sədri çörək də yemir, dayanmadan işləyir...
Nəticə: Riyaziyyat- 2 !!! Səmimiyyət – 2 !!! Yalan danışmaq – 5*