Deputat : "Vətəndaşlara zor tətbiq olunursa, bunu lənətləyirəm"

Deputat

 

"Əgər doğrudan da polis tərəfindən vətəndaşa zorakılıq edilirsə, çılpaq şəkildə dartılıb çölə çıxarılırsa, onlara aşırı güc tətbiq olunursa, qaydalardan-qanunlardan kənara çıxaraq, vəzifəsindən sui-istifadə edərək vətəndaşlara zor tətbiq olunursa bu qəbuledilməzdir. Mən bunu pisləyirəm və lənətləyirəm".


Sozcu.info  
xəbər verir ki, bu sözləri saytımıza müsahibəsi zamanı Milli Məclisin deputatı Razi Nurullayev deyib. O bildirib ki, bütün dünyada vətəndaşlara fiziki güc tətbiq edən qanun keşikçiləri cəzalandırılır:


"Mən o videoları hələ görə bilməmişəm. Amma mən zibil atılan vaxtı çəkilmiş ilkin videonu görmüşdüm. Əgər doğrudan da polis tərəfindən vətəndaşa zorakılıq edilirsə, çılpaq şəkildə dartılıb çölə çıxarılırsa, onlara aşırı güc tətbiq olunursa, qaydalardan-qanunlardan kənara çıxaraq, vəzifəsindən sui-istifadə edərək vətəndaşlara zor tətbiq olunursa bu qəbuledilməzdir. Mən bunu pisləyirəm və lənətləyirəm. Belə məsələlərə yol vermək olmaz. Amma mən o videonu görməmişəm.  Sadəcə olaraq bilirəm ki, istər polis olsun, istər prokuror işçisi olsun, istər digər hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri olsun, insanlara, vətəndaşa zor tətbiq edilməsi yolverilməzdir. Qanunun ən sərt üzü ona göstərilə bilər, qanunlar çərçivəsində. Amma vətəndaşlara fiziki zor tətbiq etmək qanunla da qadağandır, yolverilməzdir və bütün dünyada fiziki güc tətbiq edən qanun keşikçiləri də cəzalandırılır”. 


Qeyd edək ki, dünən sərt karantin rejimi zamanı saxlanan Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yaşayan bina sakininin aparılmasına görə polisin başına zibil atan sakinlərin yaşadığı mənzillərə bu gün çevik polis alayı yeridilib. Bununla bağlı həvəskar görüntülər artıq sosial şəbəkələrdə yayılıb.(yeniavaz.com)



Oxşar Xəbərlər

Xəbər lenti