“Polisin başına zibil tökənlər koronavirusun həmkarlarıdırlar” — Mirşahin

“Polisin başına zibil tökənlər koronavirusun həmkarlarıdırlar”

 

"Polisin ekstremal vəziyyətdəki fəaliyyətini, sərt addımlarını müdafiə edirəm. Və nəinki müdafiə edir, həm də daha qəti tədbirlər görməsini tələb edirəm”.

 
Sozcu.info -nun xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.

 
M.Ağayev qeyd edib ki, gündəmdə insan haqqı deyil, bəşər haqqıdır: "Koronavirusla mübarizə aparır polis. Bu gün polisin başına zibil tökənlər koronavirusun həmkarlarıdır. Polis heç kimin qapısını sındıraraq mənzilinə soxulmayıb. Vətəndaş qapını açıb. Özü açıb, içəri buraxıb. Azərbaycan polisi öz vəzifəsini yerinə yetirb. Bu gün mən polis əməkdaşıyam”.

 
O, tənqidlərə də cavab verib: "Xalq elə mənim müdafiə etdiyimdir. Əsil Xalq! Hansı ki dövlətin dayağıdır. Siz isə ən yaxşı halda da, ən pis halda da qaragüruhsunuz”.(pravda.az)



Oxşar Xəbərlər

Xəbər lenti