550 mindən çox qaçqın öz yurduna qayıdıb
Azərbaycanda saytlar çökdü
Daha iki milli parkın hüquqi statusu müəyyənləşdi
İnsult keçirən Əhməd Orucun evi qarət edildi
Axtarışda olan şəxs Polşada saxlanılıb
“Həmkarlar”da növbədənkənar qurultay:
Sahib Məmmədov narahatdır
Prezident tələb etdi: Milli Məclis toplanır
“Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb” -
Video
Sabiq nazir Səlim Müslümov barədə sensasion iddialar —
Avropada gizli mülklər tikdirilir?
Prezident onları təbrik etdi
Xankəndidə görülən işlər açıqlandı-
FOTO
Gələn ildən “ƏDV gerial” məbləği artırılır
Əvvəlki
Sonrakı
Qəzaya düşən təyyarədəki hərbçilərin sayı bilindi
11-11-2025, 20:04
Saxlanılan icra başçısının köməkçisi DANIŞDI
31-10-2025, 14:12
Ramiz Mehdiyevlə Əli Kərimlini birləşdirən “dəyər”
- Azərbaycanın ideoloji sərhədi xarici təsirlərdən azad olmalıdır
30-10-2025, 23:05
İcra başçısı ilə yanaşı onlar da HƏBS EDİLDİ
30-10-2025, 16:39
Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyulub
-ÖZƏL
17-10-2025, 18:29
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Ermənilərin iflasa uğrayan təxribatı -
Talış zonasının ziyalılarından və ləzgi deputatdan sərt reaksiya
Ermənilərin hər şeydən əli üzülüb, indi də Azərbaycanda yaşayan etnik millətləri qıcıqlandırmağa, guya milli zəmində qarşıdurma yaratmağa çalışırlar.
Hətta feysbukda bəzi erməni istifadəçiləri saxta profillər yaradaraq ölkəmizdəki etnik millətlərin adından təxribat xarakterli paylaşımlar edirlər.
Döyüş və diplomatiya meydanında məğlub olan düşmən elə zənn edir ki, Azərbaycanda yaşayan etnik xalqları provokasiyaya çəkə biləcəklər. Halbuki istər talışlar, istər ləzgilər, avarlar, tatlar olsun, bu gün Ordumuzda milli mənsubiyyətinə fərq qoyulmadan Azərbaycan vətəndaşı olaraq işğalçı güclərə qarşı mərdi-mərdanə mübarizə aparırlar. Ümumiyyətlə, ölkədə heç zaman etnik münaqişələr olmayıb.
Sadəcə, ermənilər əlacsız qalaraq indi də azsaylı xalqlarla bağlı uğursuz fəndlərə əl atırlar. Onlar talışlara müraciət edərək guya düşmən olmadıqlarını, ermənilərə qarşı döyüşməməyə çağırırlar.
Azərbaycanda yaşayan talışlar isə istər birinci Qarabağ müharibəsində olsun, istərsə bu gün gedən döyüşlərdə Vətən üçün canlarından keçiblər.
Odur ki, sosial mediada olan vətəndaşlarımız gərək ayıq-sayıq davransınlar, düşmənin təxribat xarakterli təbliğatına uymasınlar, bir-birini ittiham etməsinlər.
Yeri gəlmişkən, telejurnalist Xoşqədəm Hidayətqızının adından talışlarla bağlı xoşagəlməz ifadə işlətdiyi xəbəri yayılmışdı və sosial şəbəkələrdə sərt tənqid olunurdu.
Lakin sosial media fəalı, milliyyətcə talış olan Fuad Cəlilov yazıb ki, bu informasiya təxribatdır, Lerikin deputatı İqbal Məmmədov onun yanında X.Hidayətqızı ilə danışıb, talışlarla bağlı heç bir mənfi fikir söyləmədiyini and-aman edib. X.Hidayətqızı onun adından yayılan məlumatla bağlı dövlət orqanlarına müraciət etdiyini bildirib.
Göründüyü kimi, Ermənistan xüsusi xidmət orqanları, o cümlədən “5-ci kolon”un Azərbaycandakı tör-töküntüləri hər vəchlə cəhd edirlər ki, ölkədə milli azlıqlarla bağlı gərginlik, toqquşma baş versin.
Xüsusən də bu məsələdə talış faktorundan daha çox istifadə etməyə çalışırlar.
Lənkərandan olan tanınmış ziyalı, tarixçi Yadigar Sadıqlının “Yeni Müsavat”a bildirdiyinə görə, ermənilər həmişə Azərbaycanın çoxmillətli ölkə olmasından öz maraqları üçün istifadə etmək niyyətində olublar.
Yadigar Sadıqlı: “Bir-iki adam vəsait qoparmışdı, erməniləri inandırmışdılar ki...”
Y.Sadıqlı hesab edir ki, son 20 il ərzində bu yöndə çox çalışıblar:
“Xüsusən say baxımından ən böyük milli azlıq olan talışlarla iş görməyə ciddi şəkildə cəhd ediblər.
Burada İran amili və talışların İran kökənli olması nəzərə alınırdı. Hətta bir-iki adam vəsait qoparmışdı, guya talış bölgəsində təşkilatlanma var. Erməniləri inandırmışdılar ki, Qarabağda müharibə başlasa, talışlar onlara qarşı döyüşməyəcəklər. Ermənilər də ciddi şəkildə buna inanmışdılar".
Y.Sadıqlı qeyd etdi ki, təbii olaraq ermənilərin istəkləri baş vermədi:
“Talışlar birinci Qarabağ müharibəsində olduğu kimi yenə qəhrəmanlıqla döyüşürlər, xarüqələr yaradırlar. Yeri gəlmişkən, talış kökənli bir imkanlı vətəndaşımız Orduya 200 min manat dəstək olub. Bu mənim bildiyimdir hələ.
Talışlar şübhəsiz ki, Azərbaycan üçün belə də edəcəkdilər. Sadəcə, ermənilərin ümidləri növbəti dəfə fiaskoya uğradı".
Sabir Rüstəmxanlı: “Talışlar Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda vuruşan qəhrəman insanlardır”
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sair Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, cənub bölgəsində yaşayan türkləri də, talışları da yaxşı tanıyır və onların arasında heç vaxt ayrı-seçkilik görməyib:
“Bəlli sifarişləri yerinə yetirən və süni ayrı-seçkilik salmaq istəyənlər gəlib-gediblər, lakin ümumu birlik, mehribanlıq, Vətənin taleyi üçün məsuliyyət hissi heç vaxt dəyişilməyib. Hamı bir-biri ilə qohum-qardaşdır.
Ötən illər də göstərdi ki, talışlar yurduna, Vətəninə bağlı olan, zəhmətkeş, sadə, Azərbaycan türkləri ilə, yəni bizlərlə problemi olmayan xalqdır. Əvvəlki savaşlarda olduğu kimi, bu müharibədə də talışlar qəhrəmanlıq göstərir və ən çox şəhid verən bölgələrdən biri elə Talış zonasıdır. Belə olan halda ermənilərin “talış kartı”nın bir mənası qalmır", - deyə S.Rüstəmxanlı vurğuladı.
Onun fikrincə, ermənilər zaman-zaman Azərbaycandakı digər azsaylı xalqlar arasından “zəif bənd” tapmağa, bizə ziyan vurmağa çalışıblar:
“Amma bu düşmən siyasətinin heç bir nəticəsi olmamışdır və bu xalqlar Azərbaycanda ayrı-seçkilik görmədən və ayrı-seçkilik salmadan yaşayırlar. Onların elmi-mədəni, siyasi yüksəlişinə heç bir maneə yoxdur.
Talışlar Azərbaycanın dövlət marağını hər şeydən yüksək tutan, həyatımızın bütün sahələrində yorulmadan, halallıqla və torpağa bağlılıqla çalışan, müstəqilliyimiz, bütövlüyümüz, inkişafımız, gələcəyimiz uğrunda əzmlə, igidliklə vuruşan etibarlı, dəyanətli insanlardır. Ona görə araya nifaq salmaq cəhdlərinin heç bir mənası yoxdur".
İltifat Rəhimzadə: “Azərbaycanın ayağına dəyən daş talışın ürəyinə dəyir”
Lənkəranın tanınmış ziyalısı İltifat Rəhimzadənin fikrincə, ermənilərin bu cəhdləri gözlənilən məsələ idi:
“Ermənilər Azərbaycanın çoxmillətliyindən istifadə edərək çalışıblar ki, talışları dövlətimizə və birliyimizə qarşı səfərbər etsinlər.
Bunun üçün kifayət qədər vəsait xərcləyiblər, bəzi şəxsləri maliyyələşdiriblər, Şuşada talış dilində radio açıblar, İrəvanda bizə nankor münasibət bəsləyən insanları çağırıb konfranslar təşkil ediblər, pozuculuq fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.
Təbii ki, bu işlər müəyyən uzaq hədəflərə hesablanmışdı və o gün gəldi, hazırda müharibə dövrüdür, ermənilər istəyir ki, pul xərclədiyi adamlar “borc”larını ödəsinlər.
Onlar istəyirlər ki, dünyanın və ermənilərin həsrətlə baxdığı bu birliyi parçalasınlar, ölkə daxilində Vətən müharibəsinin qələbə ilə başa çatmasına mane olsunlar".
İ.Rəhimzadənin sözlərinə görə, bütün bunlar mənasız cəhdlərdir və hər şey arzudan ibarət deyil:
“Tarixin bütün səhifələrini vərəqləyəndə görmək olur ki, talış xalqı Azərbaycanda yaşayan digər xalqlarla çiyin-çiyinə öz Vətənini qoruyub, onun hər qarışı uğrunda mübarizə aparıb, həmişə sinələrini qabağa verməyə hazır olublar.
Birinci Qarabağ savaşında da belə olub, hazırkı Vətən müharibəsində də talışlar igidlik göstərirlər, şəhid, qazi olurlar. Bu ölkədə istər talış, istər ləzgi və ya kürd olsun, hamısı Azərbaycan bayrağı altında düşmənlə döyüşür.
Əlbəttə, bütün millətlərin tarixində satqınlar olub. Amma onların talış xalqına heç bir bağlılığı yoxdur. Azərbaycanın ayağına dəyən daş talışın ürəyinə dəyir. Ona görə bu müharibəmiz inşallah ki, zəfərlə bitəcək".
Zahir Əzəmət: “Heç kim bu ölkəni bölə bilməz, düşmənin fitnə-fəsadları nəticə verməyəcək”
Milliyyətcə talış olan yazar, qaynar.info-nun baş redaktoru Zahir Əzəmət də söylədi ki, talışlar Qarabağın hər qarışı uğrunda canını verməyə hazırdır. Onun sözlərinə görə, ölkədə bu günə qədər heç bir etnik problem olmayıb və bundan sonra da olmayacaq.
Z.Əzəmət bildirdi ki, talış şəhidlərimiz var və heç kim bu ölkəni bölə bilməz:
“Burada hamımız azərbaycanlıyıq, qarabağlıyıq və düşmənin fitnə-fəsadları, onun əlaltılarının provokativ çırpıntıları heç bir nəticə verməyəcək. Azərbaycan xalqı birmənalı olaraq bilsin ki, talışlardan heç zaman ayrımçılıq görə bilməzlər”.
Azər Badamov: “Buradakı ləzgilərin, talışların, yəhudilərin bir vətəni var, heç bir xarici qüvvə siyasi sabitliyi, qardaşlığı poza bilməz”
Milliyyətcə ləzgi olan deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan çoxmillətli ölkədir. Onun sözlərinə görə, burada yaşayan hər bir etnik azlığın nümayəndəsi Azərbaycan vətəndaşı olmaqla fəxr edir.
“Azərbaycanda yaşayan talışların, ləzgilərin, rusların, yəhudilərin bir vətəni var. Hamısı çiyin-çiyinə qardaş kimi düşmənə qarşı mübarizə aparırlar.
Bu gün bütün milli azlıqların üzvləri ərazi bütövlüyümüzün təmin edilməsi, erməni silahlılarının işğal edilmiş ərazilərdən çıxarılması uğrunda vuruşurlar. Bu vətənin dəyəri hər hansı ifadə ilə əvəz edilmir", - deyə A.Badamov bildirdi.
Deputat hesab edir ki, düşmən hərb meydanında rəşadətli Ordumuza uduzur və məğlubiyyətini gizlətmək üçün daxilimizdə pozuculuq yaratmağa çalışır:
“Onlar müxtəlif saxta profillər yaradır, yalan çağırışlar ünvanlayır. Bu çağırışları kimlərin etdiyi məlumdur. Odur ki, ermənilərin bəd niyyətləri heç zaman ölkəmizin daxilində çaşqınlıq yaratmayacaq.
Bu gün hamının bir fikri var - düşməni məhv etmək. Ona görə heç bir xarici qüvvə siyasi sabitliyi, qardaşlığı, monolitliyi poza bilməz.
Azərbaycanın uğurları monolitlik üzərində qurulub. Ölkə başçısı həmişə deyir ki, ölkəmiz milli cəhətdən çoxtərkibliliyi ilə güclü olur.
Və hər bir nümayəndənin əldə edilən nailiyyətlərdə əməyi, töhfəsi var. Bu şəraitdə ermənilərin feyk xəbərləri, çağırışları yeriməyəcək".
Oxşar Xəbərlər
Fəxrəddin Aboszadənin taleyi satqınlara görk olacaqmı?..
ŞİMALİ QAFQAZIN TÜRK XALQLARI: ETNİK TARİXLƏRİ VƏ MƏDƏNİYYƏTLƏRİ – Kərəm Məmmədov Dağıstan və Kabarda-Balkar Respublikalarından olan alimlərin iştirak etdiyi seminarda çıxış edib
Əli Babayev:“Gürcüstanda separatçılıq fəaliyyətinə başlayanlar mənim düşmənim olacaq”
“Dağlıq Qarabağ heç zaman ermənilərin olmayıb və olmayacaq” - ERMƏNİ YAZIÇI
Xəbər lenti
Bu şəxslərə gələn ay 30 manat yardım veriləcək
550 mindən çox qaçqın öz yurduna qayıdıb
Azərbaycanda saytlar çökdü
Daha iki milli parkın hüquqi statusu müəyyənləşdi
İnsult keçirən Əhməd Orucun evi qarət edildi
Axtarışda olan şəxs Polşada saxlanılıb
“Həmkarlar”da növbədənkənar qurultay:
Sahib Məmmədov narahatdır
Sabahın hava proqnozu açıqlandı
Prezident tələb etdi: Milli Məclis toplanır
“Məndən xəbərsiz adıma 3 şirkət açılıb, külli miqdarda vergi borcum yaranıb” -
Video
Gələn ay əlilliyi olan şəxslərə birdəfəlik yardım veriləcək
Sabiq nazir Səlim Müslümov barədə sensasion iddialar —
Avropada gizli mülklər tikdirilir?
Prezident onları təbrik etdi
Xankəndidə görülən işlər açıqlandı-
FOTO
Gələn ildən “ƏDV gerial” məbləği artırılır
Saakaşvili Ukraynaya veriləcək? -
RƏSMİ AÇIQLAMA
Koronavirusdan sağalan insanların qanında qeyri-adi dəyişikliklər aşkar edildi
Ziya Məmmədovun ən sadiq kadrı yüksək vəzifəyə çəkildi -
FOTO
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
Kəllə-çarxa çıxan "komendant pulu": Milyardlarla vəsait bu bəhanəylə toplanılır...
Əli Həsənov danışdı:
“Həyat yoldaşım Ramiz Mehdiyevin arvadı ilə...”
“Xatirə İslam yalanları ilə kimi aldatmaq istəyir?” -
ŞOK AÇIQLAMA
İntim videolar çəkən FHN-in sabiq əməkdaşı Zaur Mirzəyev azadlığa çıxdı
Enerji İttifaqı və İdman Diplomatıyası: Gələcəyə Yönəlik Perspektivlər və Liderlərin Rolu
Qarabağın Bərpası: Qardaşlıq Jestinin Tarixi Əhəmiyyəti və Regional Əməkdaşlıq Dairəsi
İqtisadi Əməkdaşlıq və İnvestisiya Dinamikası: 500 Milyon Dollarlıq Fond və Yaşıl Enerji Perspektivləri
Orta Dəhlizin Strateji Uğuru: Azərbaycanın Regional Logistika Qovşağı Rolu və Özbəkistanla Nəqliyyat İttifaqı
Azərbaycan-Özbəkistan Strateji Müttəfiqliyi: Ortaq Tarixdən Qlobal Partnyorluğa Yüksələn Münasibətlər
Bu rayonda boşanmalar REKORD VURDU
Bir sorğuya 107 min xərclənəcəyi xəbərinə -
Nazirdən reaksiya
Rusiyada tutulan azərbaycanlı ölkəyə gətirildi
Mirzoyan ABŞ dövlət katibinin müavini ilə "Tramp marşrutu"nu müzakirə edib
Vasif Talıbovun əsas kadrlarından biri Bakıda yeni vəzifəyə təyin olundu
Keçmiş Baş nazirə ölüm cəzası kəsildi
Azərbaycanda Baş nazirin birinci müavini istefa ərizəsi yazdı
Xaricdə yaşayan gürcüstanlıların seçkilərdə iştirak qaydaları dəyişdirləcək
Şükürovdan AFFA-ya ittiham:
Uşaqları bədbəxt etdilər...
Yadigar Muradovun beyninə qan sızıb
Bakı Hərbi Məhkəməsinə yeni hakimlər ezam olundu
Ad gününü Bakıda yox, Londonda keçirib...
Nazirdən bu avtomobillərlə bağlı yeni qərar...
Azərbaycanın ən böyük göllərindən biri quruyur:
Ekoloqlar həyəcan təbili çalır
Binəqədidə avtomobil qaçıran və evdən oğurluq edən şəxsləri polis saxladı
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
-Foto
Yaşar Nurinin qızının ölüm səbəbi bilindi
Bu ərazi Rusiya ordusunun nəzarətinə keçdi
Bakıda "Rənc Rover"in sürücüsü piyadanı vurub öldürdü
Daşkənddə İlham Əliyevin Özbəkistan prezidenti ilə təkbətək görüşü oldu -
FOTO
Gələn həftə məhkəməyə verəcəyini açıqladı
İki maşın toqquşdu, biri parçalandı -
VİDEO
PRİZMA
12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü
MÜSAHİBƏ
1
2
3
4
5
6
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
“Mən birlik layihələrinin könüllüsüyəm"
– CƏLAL QURBANOV
TƏHLİL
Azər Məmmədov: “Ölkə Prezidentinin Hərbi paradda səsləndirdiyi fikirlər Azərbaycanın dövlətçilik fəlsəfəsinə dair dərin siyasi mesajlar daşıyırdı”
SOSİAL
1
2
3
4
5
6
Bu şəxslərə gələn ay 30 manat yardım veriləcək
Sabahın hava proqnozu açıqlandı
Gələn ay əlilliyi olan şəxslərə birdəfəlik yardım veriləcək
Kəllə-çarxa çıxan "komendant pulu": Milyardlarla vəsait bu bəhanəylə toplanılır...
“Xatirə İslam yalanları ilə kimi aldatmaq istəyir?” -
ŞOK AÇIQLAMA
Bu rayonda boşanmalar REKORD VURDU