Separatçı rejimdən acı etiraf: “Şuşanı tam itirdik, Azərbaycan ordusu Xankəndi yaxınlığındadır”

“Azərbaycan Silahlı Qüvvələri Xankəndinin yaxınlığındadır”.

“RİA Novosti”nin məlumatına görə, Qarabağdakı cinayətkar rejimin "sözçüsü" Vaqram Poqosyan deyib.

“Bu günə qədər təəssüf ki, uğursuzluq zəncirinin hələ də bizi müşayiət etdiyini və Şuşa şəhərinin tamamilə nəzarətimizdən çıxdığını etiraf etməliyik və bu barədə bütün ümidləndirici və təbliğat tezisləri bizə reallıq hissini itirməkdən başqa heç nə vermir.

Kəmərləri növbəti dəfə sıxmaq lazımdır, çünki düşmən Xankəndinin ətrafındadır və artıq paytaxtın mövcudluğu təhlükə altındadır.

Əgər biz Şuşanın yenidən bizim olmasını, Qarabağın saxlanılmasını istəyiriksə, bu gün bütün imkanlarımızı Xankəndinin və cəbhənin digər istiqamətlərinin etibarlı müdafiəsinin təşkilinə yönəltməliyik. Bu uğur üçün real və etibarlı zəmanətdir. Yalan qələbə çağırışları və “Facebook”dakı şayiələr addım-addım hər şeyin itirilməsinə gətirib çıxaracaq”, - deyə V.Poqosyan bildirib. (oxu.az)


Oxşar Xəbərlər

Xəbər lenti