“ŞUŞA TAMAMİLƏ NƏZARƏTİMİZDƏN ÇIXDI” – “Paytaxtımızın mövcudluğu təhlükə altındadır”

Qondarma rejimin başçısı Araik Arutunyanın “mətbuat katibi” Vaqram Poqosyan Azərbaycan hərbi qüvvələrinin artıq Xankəndinin həndəvərində olduğunu bildirib.
Sozcu.info xəbər verir ki, Poqosyan öz “Feysbuk” səhifəsində artıq Xankəndinin itirilmə təhlükəsilə üz-üzə qaldıqlarını yazıb: “Uğursuzluqlar ardıcıllığı bizi izləyir. Şuşa şəhəri tamamilə bizim nəzarətimizdən çıxıb. Azərbaycan qoşunları Xankəndinin ətrafındadır. Paytaxtımızın mövcudluğu təhlükə altındadır.”


Oxşar Xəbərlər

Xəbər lenti