8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gürcüstan"Vahid milli hərəkat" partiyasından deputatatlığa majoritar qaydada namizədliyini vermiş Sandra Rulovs seçkilərin ikinci turunda namizədliyini geri götürdü. O bununla bağlı mətbuata eksklüziv müsahibə verib. Sandra Rulovs bildirib ki,
qanunvericiliyə görə, onun adı ikinci turun bülletenlərdə əvvəlki yerində idi. "Çox təəssüf ki, oktyabrın 8-də Gürcüstanda keçirilən seçkilər zamanı səslərim iqtidar tərəfindən oğurlandı, amma buna baxmayaraq dünən də, bu qələbəni qazandım və bunun üçün mənə etimad göstərən bütün seçicilərə təşəkkür etmək istəyirəm. Hamı bilir ki, mən seçkinin birinci turunda qalib çıxmasın. Lakin Gürcüstan hakimiyyətinin mənə qarşı etdiyi haqsızlığı və demokratik seçkilərin üstünə kölgə salmağını, məni ikinci tura saxlamağını özümə təhqir sayıram.
Hesab edirəm ki,seçkinin ikinci turunda iştirak edə bilmərəm. Birincisi, bütün Zuqdidi çox pis vəziyyətin- oğru, kriminal şərait və insanlara qarşı təzyiq yaranmasını istəmirəm, onsuz da o bölgədə yaşayan insanların kifayət qədər problemləri var. İndi isə adamlar mənə göstərdiyi etimada gorə təhqir olunur, istehza edilir, qınaq obyektinə çevirilirlər.
Mən bilirəm ki, bu seçkilərdə qalib oldum və buna əsaslanaraq, Zuqdidi bələdiyyəsinin sakinlərini istənilən halda dəstəkləyirəm , bu mənim vəzifəmdir.
Onu da qeyd edim ki, namizədliyimi verdiyim Gürcüstanın Zuqdidi bölgəsində seçkilərdə saxtakarlıq çox oldu. Beynəlxalq təşkilatların nümayəndələri Zuqdidi şəhərində olublar. Bəzən mənə təəccüblü görünən odur ki, bu saxtakarlıq həmin nümayəndələrin gözləri önündə baş verdi. Dəfələrlə eyni adamlar seçki qutusuna öz namizədlərin xeyrinə saxta bülleteinler atdılar. Bunları sübut edəcək əlimizdə kifayət qədər faktlar, videomaterialllar var. Bu çəklişlərdə pozuntular lap aydın görünür. Bu seçki pozuntuları dairənin müxtəlif məntəqələrində təkrarlanır. Demək olar ki, bu saxtakarlığı müəyyənləşdirmək mümkün deyil,çünki bütün seçki məntəqələrində eyni halın təkrarının şahidi olurduq.
Sandra Rulovs müsahibəsində onu da qeyd etdi ki, "Seçkinin ilk turunda, oktyabrın 8-də İvanişivili bildirib ki, "Zuqdidə bu xanım qalib gəlməyəcək”. Mən hesab edirəm İvanişivilinin bu tapşırığı onun şəxsi məğlubiyyəti idi. Təbbi ki bu tapşırıq bir əmr kimi qəbul edilir və bu əmr icra edilməli idi. Bu isə mənim üçün tamamilə qəbuledilməzdir”
Xatırladaq ki, ilk turda Qərbi Gürcüstanın bəzi yaşayış məntəqələrində təkrar seçkilər dünən keçirilib. Həmin məntəqələrdə Sandra Rulovs seçildi. Onun "Gürcü Arzusu" partiyasından olan opponenti 48% -dən bir qədər çox səs toplayıb. Fərq isə təxminən 900 səs təşkil edib.
Seçkilərin ikinci turu oktyabrın 30-da keçiriləcək.
Sozcu.info