Sabah baş tutacaq üçtərəfli görüşlə bağlı Ermənistandan ilk AÇIQLAMA

Ermənistanin baş naziri Nikol Paşinyanın mətbuat xidməti sabah Moskvada baş tutacaq üçtərəfli görüşlə bağlı açıqlama verib.
Sozcu.info xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Ermənistanin baş nazirinin mətbuat xidmətinin rəhbəri Mane Qevorqyanın verdiyi açıqlamaya görə, sabah Moskvada ancaq iqtisadi məsələlər müzakirə olunacaq:
“Görüş zamanı, beynəlxalq yük daşımaları, o cümlədən Ermənistandan Rusiya və İrana, eləcə də mərkəzi bölgələrindən Sünikə yük daşımaları və Mehri dəhlizi müzakirə olunacaq. Ancaq, əvvəlcə əsirlərin dəyişdirilməsi məsələsi həll edilməlidir. Əgər bu məsələlər öz həllini tapsa, görüşün nəticələri barədə ortaq bəyanatın qəbul edilməsi mümkündür”.


Oxşar Xəbərlər

Xəbər lenti