Emin Əmrullayevdən dərslərlə bağlı açıqlama


“Fevralın 1-dən Bakı, Sumqayıt və Abşeronda özəl və dövlət məktəblərində tədris həftədə 3 dəfə olacaq. Çünkü adətən bu bölgələrdə yoluxmaların sayı daha çox olur”.

Sozcu.info xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bölgələrdə isə 1,5 metrlik məsafəni qorumaqla bütün şagirdlər məktəbə gələ bilirsə, bu halda təhsili ənənəvi 5 gün formatına qaytarılacaq: “Ümid edirəm ki, növbəti həftələrdə 5-9-cu siniflərin məktəbə qayıtması baş verəcək. Bununla bağlı Operativ Qərargahla birgə müzakirələrimiz olacaq və qərar veriləcək”.

Onun sözlərinə görə, növbəti həftə bununla bağlı açıqlamalar olacaq.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}