Yunanıstan prezidenti və baş nazirindən İlham Əliyevə TƏBRİK
Bakıda bu məktəb BAĞLANDI -
Rəsmi AÇIQLAMA
40 ildən sonra dünya əhalisi yarıbayarı azala bilər -
XƏBƏRDARLIQ
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
FOTO
Azərbaycanda Qurban bayramı qeyd edilir
Mehriban Əliyevadan Qurban bayramı münasibətilə PAYLAŞIM -
FOTO
Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Əvvəlki
Sonrakı
İranda keçmiş MMA çempionu edam edildi
Dünən, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Erməniləri təşvişə salan Mehri layihəsi -
tarixi ərazimizlə bağlı ilginc faktlar
Ermənistandakı narahatlıqlara və revanşist qüvvələrin etirazlarına baxmayaraq, bir çox ekspertlər hesab edirlər ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək təqribən 44 km-lik Mehri dəhlizinin açılmasını əngəlləmək mümkün olmayacaq.
Düzdür, Ermənistanda hesab edirlər ki, baş nazir Nikol Paşinyan erməni xalqına xəyanət edib və Ermənistanı satıb. Hətta Mehrini Zəngəzur bölgəsindəki Şurnux kəndinin - hansı ki, orada artıq sərhəd dəqiqləşib və ərazi Azərbaycan sərhədçilərinin nəzarətindədir - taleyinin gözlədiyi haqda erməni müxalifətçilərin hay-küylü açıqlamaları da tirajlanır. Fevralın 3-də isə Ermənistan parlamentinin qarşısında keçirilən aksiyada Paşinyanın istefası tələb olunub. Bütün bu etirazlar isə Rusiyanın moderatorluğu ilə həyata keçirilən kommunikasiyaların açılması prosesinin qarşısını ala bilməyəcək, hər halda, gedişat bunu göstərir.
Xatırladaq ki, 30 yanvarda, Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupun iclasında tərəflər ekspert alt qruplarının yaradılması barədə razılığa gəliblər. İşçi qrupun iclasının yekunu ilə bağlı tərəflər dəmir yolu, avtomobil və kombinə edilmiş daşınmalarla bağlı, təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla, nəqliyyatın təmin edilməsi məsələləri bağlı razılığa gəliblər. Tərəflər ekspert alt qruplarının formalaşdırılmasını 2 fevral 2021-ci ilə qədər tamamlamağa və ilk görüşlərini 5 fevral 2021-ci il tarixinədək keçirməyə razılaşıblar. Üçtərəfli İşçi Qrupunun növbəti iclasının Moskvada keçirilməsinə qərar verilib. Tarix həmsədrlər tərəfindən iş qaydasında razılaşdırılacaq. Xatırladaq ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı baş nazirlərin müavinlərindən ibarət üçtərəfli İşçi Qrupun yaradılması qərara alınmışdı.
Reallıq budur ki, qələbədən sonra prosesləri Azərbaycan diktə edir və Naxçıvanla birbaşa əlaqənin yaradılması rəsmi Bakının prinsipial mövqeyinin məntiqi nəticəsidir. Heç şübhəsiz bu, Azərbaycan üçün önəmli məsələdir. Hətta 1999-cu ildə ermənilərin bu istiqamətdə anlaşmanı pozması və ölkə daxilində törədilmiş qanlı hadisələr nəticəsində prosesin uzadılmasına nail olması unudulmayıb. Bu mənada istisna deyil ki, Ermənistandakı bəzi dairələr və onların havadarları yenə də eyni ssenariləri reallaşdırmaqda maraqlıdırlar. Elə hökumət binasına basqın, Paşinyanın diplomatik pasportunun belə oğurlanması, parlament qarşısında “Vətəni xilas hərəkatı”nın aksiyası da bundan xəbər verir. Ermənistanın dalandan çıxarılmasına rəvac verəcək bir layihə olsa belə, bir sıra erməni ekspertlərin və revanşa meylli qüvvələrin Mehri dəhlizinin açılmasına qarşı çıxması anlaşılmazdır. Məntiqlə, “Vətəni xilas hərəkatı” adlı qurum Ermənistanı blokadadan çıxarmaq üçün ənənəvi iddialardan bir addım geriyə atan Paşinyanı müdafiə etməlidir, nəinki onun hakimiyyətdən getməsi tələbini qoymalıdır. Amma bütün bunlar ermənilərin öz işidir, Mehri dəhlizinin açılmasına kimsə əngəl ola bilməz, çünki bu, həm də Rusiya, Türkiyə və İranın da maraq dairəsində olan layihədir.
Erməniləri təşvişə salan Mehridir, Azərbaycanın tarixi ərazisi. Onlar düşünürlər ki, Azərbaycan sovetlərin xəritəsini ortaya qoymaqla da bu əraziyə sahiblənə bilər, Şurnux kəndi kimi.
Alqış Musayev: “Ermənilərin bəhs etdiyi, həm də qorxduqları Bakı-Naxçıvan şose yolu Heydər Əliyevin proyekti idi”
Mehri mövzusunda bölgəni çox yaxşı tanıyan, əslən Qərbi Azərbaycandan olan sabiq millət vəkili Alqış Musayevlə danışdıq. Zəngəzur mahalının Mehri rayonunun Nüvədi kəndində anadan olmuş və 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçmək məcburiyyətində qalan A.Musayev əvvəlcə bildirdi ki, Mehrinin geosiyasi müzakirələrdə xüsusi çəkisi və yeri vardır:
“Bu rayon təkcə Ermənistanın yox, bütövlükdə bölgənin maraq dairəsindədər. Vaxtilə Zəngəzur hansı niyyətlə Ermənistana verilibsə, Mehri də bir inzibati-ərazi vahidi kimi həmin niyyətin davamı olaraq yaradılıb. Və nəticədə sovetlər dönəmi Naxçıvanla Bakının, hazırda isə Bakının Naxçıvanla və Türkiyə ilə əlaqəsi məhdudlaşıb. Zori Balayan Mehrini ”Azərbaycan dövlətçiliyinin kürəyinə sancılmış xəncər" adlandırırdı. Yeri gəlmişkən, oxucular üçün maraqlı olar, indi Xankəndində büstü qoyulan Nijde 1918-ci illərdə Mehridə saysız-hesabsız qətllər törədib. Azərbaycan kəndlərini dağıdıb, o cümlədən bizim kəndimizi - Nüvədini talan edib, yandırıb. Mehri dəmir yol stansiyası Azərbaycan Dəmir Yol İdarəsinə tabe idi və onun mülkiyyəti hesab olunurdu. Onun bir rəisi vardı - Jora Hayrapetyan. Arvadı isə Mehridə bütün ermənilərin “bizm Ofiq” dediyi bir qadın idi. Onların Emma adlı qızları da vardı, o da anası kimi çox fəal idi və bir neçə dəfə partiyaya daxil olmaq istəmişdi. Hər dəfə də mənim atam, o zaman Mehri rayon partiya komitəsinin 2-ci katibi olan Həsən Musayev Emmanın partiyaya qəbul olunmağına imkan vermirdi. Sonralar, hamı kimi, 1988-89-cu illərdə Qafandan deportasiya edilən, uzun illər “Sovet Ermənistanı” qəzetinin xüsusi müxbiri olmuş Abdulla İbrahimov yazırdı ki, mən Həsən müəllimdən bunun səbəbini soruşdum. Həsən müəllim dedi ki, Emmanın anası Ofiq Nijdenin nikahdankənar qızıdır, atası isə “Qrunk” təşkilatının üzvüdür, tez-tez Xankəndinə (Stepanakertə) gedib-gəlir..."
A.Musayev olduqca maraqlı tarixi hadisələri xatırlatdı:
“Ermənilərin bəhs etdiyi, həm də qorxduqları Bakı-Naxçıvan şose yolu Heydər Əliyevin proyekti idi. Həmin yolun tikintisi birbaşa Moskvanın nəzarəti altında idi. Ölkənin tikinti-quraşdırma, körpü salmağa, yol ötürücüləri qurmağa dair ən müasir avadanlıqları bu proyektin reallaşmasına səfərbər edilmişdi. Yolun bütün xərclərini SSRİ Müdafiə Nazirliyi maliyyələşdirirdi. Burada bir incəlik var. Yolun adı hərbi strateji xarakterli ola da, mahiyyətcə siyasi idi, Bakı-Naxçıvan yolu idi. Bu yolun çəkilişi ilə bağlı müzakirələr 79-cu ilin sonlarından başlayaraq start götürmüşdü. Axı Moskvanın ciddi nəzarəti altında Heydər Əliyev ”mən Naxçıvana Mehridən yeni yol çəkirəm" düşüncəsini açıq-aşkar həyata keçirə bilməzdi. Ona görə bu yol Müdafiə Nazirliyinin layihəsi kimi Siyasi Büroda təsdiq edilmişdi".
“Zori Balayan Mehrini ”Azərbaycan dövlətçiliyinin kürəyinə sancılmış xəncər" adlandırırdı"
A.Musayev qeyd etdi ki, Bakıdan Naxçıvana çəkilən yolun Nüvədiyə qədər hissəsi təxminən 430 km-dən dən bir qədər artıq idi:
“Nüvədiyə yol çəkiləndə Heydər Əliyev Moskvada idi. O zaman belə bir əhvalat da olmuşdu. Yolun Zəngilanla Nüvədini birləşdirən hissəsində ləngimə vardı. Səhv etmirəmsə, 1983-1984-cü illər idi. Bakıdan yol tikinti idarəsinin nümayəndəsi Nüvədiyə gəlmişdi. Uşaqlıq yaddaşım məni aldatmırsa, o şəxs bizim sabiq baş nazirin müavini Abid Şərifov idi. Nüvədililər Abid müəllimi çox narazılıqla qarşıladılar. O da yadımdadır ki, kəndimizin Məscid düzü deyilən yerindən bir az aşağıda, əmimgilin evinin qarşısında Abid müəllim ”Villis"dən düşüb, yamac səmtə qalxaraq “sizi and verirəm Həzrət Abbasın kəsik qollarına, imkan verin, bir-iki kəlmə də mən danışım” dedi. Ondan sonra sakitlik yarandı. Abid Şərifov dedi ki, sizin narahatlığınızı rəhbərliyə çatdıracağam. Abid müəllimin kəndə gəlişi və nüvədililərin etirazı nəticəsiz qalmadı. Zəngilandan Nüvədiyə geniş asfalt yol çəkildi. Və həmin yol Nüvədi üçün 1988-91-ci illərdə həyati əhəmiyyət kəsb edirdi". Eks-deputat xatırlatdı ki, o zaman Naxçıvan tərəfdən yolun ancaq Mehrinin Aldərə kəndinə qədər hissəsini çəkmək mümkün oldu: “Haradasa 20 km məsafə qalmışdı ki, ermənilər müxtəlif bəhanələrlə bu yolu tamamlamağa imkan vermədilər. Çünki ermənilər bu yolun nə demək olduğunu hamıdan əvvəl dərk etmişdilər. Atam danışırdı ki, Ermənistan Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Dallakyan təbliğat aparırmiş ki, buna imkan vermək olmaz, bu yolun çəkilişi nəticəsində Mehridə yüzlərlə hektar meyvə bağı tələf olacaq. Əlbəttə ki, meyvə bağları bəhanə idi. Digər tərəfdən, deyirdilər ki, Bakı-Naxçıvan yolu artıq Mincivan, Qafan, Maralzəmi, Lehvaz və Meğridən keçir. Qalan 20-25- km-lik Nüvədi-Aldərə yolunu çəkməyə ehtiyac yoxdur. Əsas məqsəd isə Bakı-Naxçıvan yolunu əngəlləmək idi. Təəssüf ki, o zaman ermənilər buna nail ola bildilər”.
Sabiq deputat hesab edir ki, Mehri yolu məsələsində güzəştə getmək olmaz:
“Əlbəttə ki, yarımçıq qalmış yolun çəkilişinə nail olmaq vacibdir. Bu daha çox siyasi marşrutdur. Mövzu ehtimal ki, danışıqlar prosesində müzakirəyə çıxarılır. Amma nə vaxt və hansı qərarlar veriləcək, demək çətindir. Cünki danışıqların bir çox hissəsi və detalları konfedensialdır. Biz məntiq olaraq mühakimə edirik. Əslində elə bu cür də olmalıdır. Nəzərə alaq ki, Ermənistan böyük bir məğlubiyyət yeyib. Bu məğlubiyyəti erməni cəmiyyətinə həzm etdirmək xeyli vaxt tələb edir. Yəqin hələ ki göstəri xarakteri daşıyan dirənişlər olacaq. Amma bir müddətdən sonra irəlidə Ermənistanın razılaşmaqdan başqa yolu qalmır”.
Tarixə ekskurs edək:
Mehri - Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayondur. Müxtəlif mənbələrdə Meğri, Mığrı, Mehli kimi də yazılır. 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Mehri şəhəri Ermənistana bağışlanıb. Mehri Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi. Ermənistan Respublikasında Mehri 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 664 kv km-dir. Rayon mərkəzi Mehri şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 264 km-dir. Mığrı mahalı Çar Rusiyası dövründə Gəncə (Yelizavetpol) quberniyasına daxil olub. Tarixi ədalət bərpa olunmalıdır. Biz hələ tarixi Azərbaycan torpaqlarının hamısını - İrəvan daxil olmaqla - tələbini qoymuruq, sadəcə, Sovet Azərbaycanının xəritəsinə daxil olan, ancaq sonradan qoparılmış ərazimizi geri istəyirik. Ən azı indiki halda ictimai rəy bunu deyir...
Oxşar Xəbərlər
İlham Əliyev Moskvada Nikol Paşinyana 8 tələb irəli sürəcək...
Moskva görüşündən gözləntilər:
“Naxçıvanla Azərbaycanın əsas hissəsi quru yolla birləşdiriləcək” -
Ermənistan müxalifəti
Xəbər lenti
Yunanıstan prezidenti və baş nazirindən İlham Əliyevə TƏBRİK
Bakıda bu məktəb BAĞLANDI -
Rəsmi AÇIQLAMA
40 ildən sonra dünya əhalisi yarıbayarı azala bilər -
XƏBƏRDARLIQ
Su içmək üçün -
Ən doğru vaxtlar
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
FOTO
Azərbaycanda Qurban bayramı qeyd edilir
Vatsapla bağlı növbəti yenilik
Mehriban Əliyevadan Qurban bayramı münasibətilə PAYLAŞIM -
FOTO
Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
İranda keçmiş MMA çempionu edam edildi
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Ağdaşda avtomobil piyadanı vuraraq öldürdü
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal TOPLADI -
ADLAR
Donald Tramp İlham Əliyevi təbrik etdi
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Ceyhun Bayramov Rusiyaya səfər edə bilər
Yaz sessiyası bitir
ADY gücləndirilmiş iş rejimində çalışacaq
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI
Sabahın hava proqnozu AÇIQLANDI
Nazir əmr imzaladı - Bayram günləri ilə bağlı...
Qatarla ölkəyə gələn əcnəbilərə XƏBƏRDARLIQ
Bölgələrə axın başladı: günlük evlər 1000 manata qədər bahalaşdı
Bahar Muradovadan VACİB ÇIXIŞ
Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ!
Prezidentə təbriklər gəlməkdə davam edir
Bakı-Tiflis sərnişin qatarı yola düşdü
Sürücülərə ŞAD XƏBƏR:
Bu yolun bərpasına başlanıldı
Babək Niftəliyevə vəzifə verildi
Metroda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dələduzların YENİ ÜSULU: Vətəndaşların biometrik məlumatları necə ələ keçirilir? -
XƏBƏRDARLIQ
Elmir Həsənli yüksək vəzifəyə təyin edildi
Messi ilə bağlı pis XƏBƏR
Prezidentdən ÖNƏMLİ
SƏRƏNCAM
"Uğur 777" estetik mərkəzindəki qanunsuzluqla bağlı məhkəmə keçirildi
İlham Əliyev müşavirə keçirdi -
FOTO
Xəzər dənizində zəlzələ oldu
XİN Pakistana başsağlığı verdi
Bu ərazidə 4 saat işıq olmayacaq
21 yaşlı qadın qətlə yetirildi -
Əri saxlanıldı
FHN əhaliyə xəbərdarlıq etdi
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi:
Qiymətlər belə dəyişdi
Messi rəsmən milyarder oldu –
Ronaldudan sonra ikinci futbolçu
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
Su içmək üçün -
Ən doğru vaxtlar
Vatsapla bağlı növbəti yenilik
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI