8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Xural.com-a daxil olan məlumatlara görə, Başçının birbaşa tapşırığı ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyevin rəhbərlik etdiyi qrup "İmamzadə”də əməliyyat keçirib. Əməliyyat zamanı "İmamzadə”nin əməkdaşları İlham Abbasovu və Elbrus Məmmədovu həbs edən polislər, bəzi din adamlarının da axtarışına çıxıblar.
Saytın əməkdaşı məlumatı əldə edən kimi Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyevlə əlaqə saxlayıb. İ.Balakişiyev sualı dinlədikdən sonra "mənə bu haqda heç nə məlum deyil” deyib və məlumatı təkzib edib. Daha sonra Xural.com-un əməkdaşları "İmamzadə” ziyarətgahının axundu Hacı Tahir Abbaszadəilə əlaqə saxlayıblar. Məlumatı doğrulayan Hacı Tahir Elmar Vəliyevin onu hədəfə götürdüyünü və həbs etdirmək istədiyini deyib: "Elmar Vəliyev məni şəhər ictimaiyyətinin qarşısında təhqir edib. "Aşura” günündə "İmamzadə”də prezident İlham Əliyevin ünvanına dediyim xoş sözlərdən sonra mənə "bütpərəst” dedi və məni hədəfə götürdü. "İmamzadə”yə Natiq Həsən oğlu Allahverdiyev adlı bir qohumunu təyin etdi və mənim adamlarımı, idarənin əməkdaşlarını iş görə bilməyəcək hala gətirdi. Dindar ovuna başlayıb şəhərdə. Dünəndən iki əməkdaşımızı həbs etdirib. Bir neçəsini də axtarışa verdirib. Məni açıq şəkildə həbs etdirəcəyi ilə hədələyir.
İndi mən Gəncədən Bakıya çıxmışam. Əynimdə kəfən var. Kəfənimi geyindimsə, bu yolda sonuna qədər varam. Buradan bəyan edirəm. Yolda məni saxlayıb həbs etdirməyə çalışsalar, intihar edəcəyəm!”
Hacı Tahir Abbaszadə Bakıya çatan kimi hər şeyi foto-video dəlillərlə sübut edəcəyini və mətbuat konfransı keçirəcəyini deyib.