“Xırdalan dairəsi”ndən Bakı istiqamətində hərəkət məhdudlaşdırılacaq" - Sürücülərin diqqətinə

 

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində "Xırdalan dairəsi”ndən Bakı şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq saat 23:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq.

Bu barədə "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.

Bildirilib ki, rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq: "Sürücülərdən həmin istiqamətdə qeyd olunan saatlarda alternativ yollardan istifadə etmələri tövsiyə olunur”.


Oxşar Xəbərlər

Xəbər lenti