Daşkənd aeroportunda qızların Dubaya göndərilməsinin qarşısı alınıb
İlham Əliyev: Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur
TƏCİLİ! Baş nazir benzinlə bağlı QƏRAR İMZALADI
Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət etdi
Məzahir Pənahov yenidən MSK-nın sədri seçildi
"Bu ixtisaslara qəbul qaydaları dəyişə bilər" -
RƏSMİ
Gülnarə Kərimovanın mənimsədiyi 800 milyon müsadirə olundu:
İsveçrədə şok proses
Azərbaycan–Ukrayna siyasi əlaqələrinin dinamik inkişafı və strateji tərəfdaşlığın möhkəmlənməsi
Məleykə Abbaszadədən onunla bağlı ETİRAF –
illər sonra açıqladı
Parlamentdən Prezidentə TƏBRİK
DİM sədri xarici dil imtahanlarında yenilikləri
AÇIQLANDI
İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib -
Əvvəlki
Sonrakı
TRAMP İRANLA ATƏŞKƏSİ UZATDI
- Pakistanın müraciətini nəzərə alıb...
22-04-2026, 13:21
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
İsrail ABŞ-a QARŞI- Atəşkəs planı BÖHRAN YARATDI
9-04-2026, 17:32
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
ŞEYXİN ƏNDAZƏNİ AŞAN İRAN SEVGİSİ – Qələbəmiz üçün kiminsə fətvasına ehtiyacımız vardımı?
“Dədə Qorqud” filmində maraqlı bir epizod var. Qazan Xan düşməninə qalib gələndən sonra Alp Aruz başının dəstəsilə guya köməyə gələrək deyir ki, tonqalları görüb, sənin yardımına yetişdik. Hansı ki, savaş artıq bitmişdi. Əslində isə Aruz bütün savaş dövründə kənarda dayanıb kimin qalib gələcəyini gözləyirdi və heç də Qazan Xanın qələbəsini arzulamırdı. İranın 44 günlük müharibədən sonra Azərbaycana ünvanladığı ismarıclar da buna bənzəyir. Azərbaycanın “yandırdığı tonqallar” dünyanın dörd bir yanında görünəndən sonra, “qulağımızın dibindəki” Tehran ünvanımıza “xoştəhər” ismarıclar göndərməyə başladı.
İranın 30 il ərzində istər Qarabağdakı separatçılara, istərsə də Ermənistana hər cür yardım, dəstək göstərməsi, heç vaxt Azərbaycanın haqq mübarizəsini birmənalı olaraq dəstəkləməməsi,
hətta işğal altındakı ərazilərimizdə Azərbaycandan icazə almadan müxtəlif işlər görməsi, Şuşa məscidinin “fars məscidi” elan olunaraq təmir etdirilməsi
, 44 günlük müharibədə Azərbaycanın qələbə çalmasından sonra isə ölkəmizə səmimiyyətdən uzaq “dəstək bəyanatları” səsləndirməsi istər-istəməz “Dədə Qorqud”dakı həmin səhnəni xatırladır...
Ancaq İran rəhbərliyindən soruşan lazımdır ki, bu 30 illik işğal dövründə hardaydılar, Azərbaycanın haqqı tapdanan, ərazisi işğal olunan tərəf olduğunu görmürdülərmi? Paşinyanın ilk dəfə məhz İranda “Qarabağ Ermənistandır” şüarını irəli sürməsinə niyə imkan verirdilər? Özünü islam aləminin lideri və müdafiəçisi sayanlar niyə susurdular? Niyə ermənilərin işğal altındakı ərazilərimizdən İrandan keçməklə gen-bol istifadə etməsinə imkan verirdilər? Niyə Qarabağdakı ermənilərin İranda işləməsinə şərait yaradırdılar, onlarla hər cür ticarət əlaqəsi qururdular? Niyə Ermənistanı haqq etdiyi blokadadan çıxarmaq üçün dəridən-qabıqdan çıxırdılar və indi də çıxırlar? Niyə 30 il ərzində İranın iştirakı ilə işğal olunmuş ərazilərimizdə kənd təsərrüfatı işləri aparılırdı? Niyə İran 44 günlük müharibə dövründə böyük ehtimalla hərbi təyinata malik olan yüklərin öz ərazisindən Ermənistana daşınmasına imkan yaradırdı?
Ümumiyyətlə, İrana bu qəbildən veriləcək suallar çoxdur. Yeri gəlmişkən, Ermənistana və xüsusilə hələ də nəzarətimizdə olmayan Qarabağdakı ərazilərimizə bu gün də İran maşınları müxtəlif təyinatlı yüklər, yanacaq daşımaqdadırlar.
Bəs bütün bunların fonunda Xameneinin “Qarabağ islam torpağıdır” kimi ikibaşlı fətvasını, yaxud İranın yeni Prezidentinin Qarabağla bağlı Azərbaycana “təbrik məktubunu” necə başa düşək?...
Ümumiyyətlə, İranın Azərbaycan siyasəti heç vaxt səmimiyyətə söykənən dəstək siyasəti olmayıb. Bunu Ermənistanda da yaxşı bilirlər. Təsadüfi deyil ki, ermənilər az qala Rusiyaya, Fransaya güvəndikləri qədər də İrana güvənirlər. Əgər fikir vermisinizsə, İranın yeni Prezidentinin Azərbaycana ünvanlanan işğal edilmiş torpaqların azad edilməsi münasibətilə təbrikinə Ermənistan heç bir mənfi reaksiya vermədi, hansı ki, bunu edən digər ölkələrə dərhal nota verilir, səfirləri XİN-ə çağırılırdı.
Bəs niyə İrana qarşı bu addım atılmadı? Çünki ermənilər yaxşı bilir ki, Azərbaycana münasibətdə İranın sözü ilə əməli heç vaxt üst-üstə düşmür. Eynilə İran tərəfindən Ermənistana verilən dəstək də göz qarşısındadır. Bu səbəbdən İranın Azərbaycana az-çox dəstək bəyanatları İrəvanı qətiyyən narahat etmir...
Təbii ki, qonşu ölkə kimi İranla normal münasibətlərə can atmağımız vacibdir. Lakin bu münasibətlər səmimi, gerçək əsaslar üzərində qurulmalıdır, Azərbaycana dini məzhəbçiliyin yeridilməsi, suverenliyimizlə bağlı ikibaşlı bəyanatlar, sərhədlərimizin daim narkoticarətin hədəfinə çevrilməsi, ölkəmizə mümkün qədər narkotik vasitələrin yayılmasına şərait yaratmaq cəhdi və s. bu kimi əməllərlə yox.
Təəssüf ki, İranın məlum dairələrinin Azərbaycana bəzi hallarda mənfi təsirinə ölkəmizin öz daxilindəki müəyyən qüvvələr də şərait yaradır. Bunların adını
“5-ci kolon”
qoysaq, istər-istəməz onun başçısı kimi təsəvvürümüzdə
Allahşükür Paşazadənin siması
canlanacaq. Baxmayaraq ki, əslində Tehrana yönəlik yuxarıda sadaladığımız sualları İran tərəfinə ünvanlamalı olan bir nömrəli şəxs də məhz A.Paşazadə olmalıdır. Lakin o, nəinki bu sualları dilinə gətirmir, əksinə, bir sıra davranış və açıqlamaları ilə özü barəsində Azərbaycan cəmiyyətindəki şübhələri daha da qüvvətləndirir. Onun son günlərdəki davranışları və əndazəni aşan siyasi açıqlamaları da bu qəbildəndir və yenidən Azərbaycan xalqı və dövləti üçün çox aydın siqnallar ötürür. Bu siqnallar ondan ibarətdir ki,
“Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”
deyəcək qədər ziyanlı bir siyasi mövqe sərgiləyən, özünü qonşu ölkənin mollası kimi aparan bir şəxsin Azərbaycanda əsas və ən böyük rəsmi dini quruma rəhbərlik etməsi, əslində böyük təhlükə və strateji xətadır...
Sual olunur:
Hansı məntiqlə rəsmən Azərbaycanın dini lideri sayılan (reallıqda təbii ki, belə deyil –C.M.) şəxs hansısa digər ölkənin dini rəhbərinin ikibaşlı fətvasını əlində bayraq etməli, minlərlə şəhidimizin, qazimizin, bütünlükdə xalqımızın və dövlətimizin qələbəsinə, zəhmətinə, qanına kimlərisə şərik, calaq etməlidir?!
Hamıdan əvvəl A.Paşazadə bilməlidir ki, Azərbaycanın nə İranın, nə İraqın, nə Səudiyyə Ərəbistanının, nə də hansısa başqa bir ölkənin dini rəhbərinin fətvasına ehtiyacı yoxdur! Və biz bu qələbəmizi kimlərinsə fətvası yox, öz gücümüz – Ali Baş Komandanın iradəsi, komandirlərimizin hərbi fəhmi və vətənpərvərliyi, əsgərimizin rəşadəti sayəsində, yəni canımız, qanımız bahasına, bir də həqiqi dost və qardaşlarımızın hərtərəfli dəstəyi hesabına əldə etmişik!
Ümumiyyətlə, Xameneinin heç vaxt Qarabağa dair Azərbaycana açıq dəstək fətvası, bəyanatı da olmayıb axı. Yalnız müharibə bitəndən, Azərbaycanın birmənalı qələbəsi qeydə alınandan, Ermənistanın diz çökdüyü, heç bir ciddi beynəlxalq dəstəyə malik olmadığı üzə çıxandan sonra Azərbaycanın ünvanına “gah nala, gah da mıxa” xarakterli qulağa xoş bəyanatlar verilməyə başlandı. Hansı ki, hətta müharibə dövründə də İranın daha çox Ermənistana dəstəyi hiss olunurdu, nəinki Azərbaycana.
Təkcə onu qeyd etmək kifayətdir ki, İranın rəsmi mətbu orqanları 44 günlük müharibə dövründə guya Azərbaycan tərəfdə suriyalı yaraqlıların döyüşdüyünə dair gecə-gündüz saxta məlumatlar yayır, təbliğat aparırdılar. Bəlkə bundan Allahşükür Paşazadənin göylərə qaldırdığı Xameneinin xəbəri olmayıb?...
Nəhayət, A.Paşazadənin uzun illərdir davam edən və artıq bütün əndazələri aşan iranpərəstliyinə gəlincə - onun üçün qonşu ölkənin dini rəhbərləri bu qədər əziz və müqəddəsdirsə, bu qədər onlara sitayiş edirsə,
o zaman kreslosuyla vidalaşıb, Azərbaycandakı və xaricdəki hansı yollarla qazanıldığı məlum var-dövlətini, biznesini, malikanələrini xalqa qaytarandan sonra gedib İranın əyalətlərinin birində mollalıq etsin.
Oxşar Xəbərlər
İranın Ali Liderinin və prezidentinin
Azərbaycan prezidentinin İran xalqını təbrikinin şifrələri
Ehtiyac yarandıqda Türkiyə hərbi dəstək də verə bilər, tam qanunidir
İranın sonuncu şahının oğlu Trampdan kömək istədi, Ruhanini "vurdu": "Konkret addımlara ehtiyacımız var”
Xəbər lenti
Daşkənd aeroportunda qızların Dubaya göndərilməsinin qarşısı alınıb
İlham Əliyev: Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur
Heyvan bazarları ilə bağlı ciddi məhdudiyyətlər GƏLİR
TƏCİLİ! Baş nazir benzinlə bağlı QƏRAR İMZALADI
Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət etdi
Avtobus qəzaya düşdü -
yaralı var
550 manat müəyyənləşdi -
RƏSMİ QƏRAR
Məzahir Pənahov yenidən MSK-nın sədri seçildi
"Bu ixtisaslara qəbul qaydaları dəyişə bilər" -
RƏSMİ
Gülnarə Kərimovanın mənimsədiyi 800 milyon müsadirə olundu:
İsveçrədə şok proses
Azərbaycan–Ukrayna siyasi əlaqələrinin dinamik inkişafı və strateji tərəfdaşlığın möhkəmlənməsi
Məleykə Abbaszadədən onunla bağlı ETİRAF –
illər sonra açıqladı
Parlamentdən Prezidentə TƏBRİK
DİM sədri xarici dil imtahanlarında yenilikləri
AÇIQLANDI
İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib -
Aprelin 27-28-i ilə bağlı
XƏBƏRDARLIQ
Azərbaycan neftinin qiyməti 124 dolları keçdi -
SON DƏQİQƏ
Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub
Göy soğanın bilmədiyiniz faydaları
Dişlərin "evini yıxan" qidalar açıqlandı —
Hər gün yeyilir
Bakıda külək güclənəcək -
XƏBƏRDARLIQ
Maduro əməliyyatı ilə bağlı məxfi məlumat Polymarket qalmaqalına çevrildi
"Toyumda Röya Ayxan təbrik yazırsa, siz KİMSİNİZ?"
Polis əməliyyat keçirdi -
153 nəfər saxlanıldı
Küba qaranlıq astanasında
- Rusiya nefti enerji böhranını həll edə bilmir
“Vesta Construction” qalmaqalı həbslə bitdi -
eyni mənzil bir neçə nəfərə satılıb
75 yaşlı kişi ölü tapıldı
Prezident:
SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Müavinət və təqaüd alanlarla bağlı MÜHÜM MƏLUMAT
Bu gündən Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayıb
XİN-də işləmək istəyənlərin nəzərinə! –
Qaydalar dəyişdi
Birdəfəlik maddi yardımı bu şəxslər alacaq
Maşın ağaca çırpıldı:
Ölən və yaralananan var
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” –
Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Zelenski Azərbaycana gəldi -
FOTOLAR
İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ
Bağça müdiri olmaq istəyənlərin diqqətinə!
Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyində gənclərlə görüş keçirilib
-Foto
TƏCİLİ:
Prezidentdən icra hakimiyyətləri ilə bağlı MÜHÜM FƏRMAN
Əli Əsədov yeni əmr İMZALADI
Müəllimlərin işə qəbulu ilə bağlı ödənişin məbləği
TƏSDİQLƏNDİ
Azərbaycan səmasında parlaq izlər görünə bilər
DİQQƏT -
Azərbaycan səmasında parlaq izlər görünə bilər
Sumqayıtda “Mercedes” körpüdən aşdı -
Ölən var
Son insidentlə bağlı bütün rəhbər heyət... -
Metropoliten
Bu ərazilərdə işıq olmayacaq
Nazir özünə yeni müşavir təyin etdi -
FOTO
Saxlanan İran gəmisi Çindən məxfi yük daşıyırdı -
Tramp
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edildi
PRİZMA
BDU-da elmi seminar keçirilib
- TEYMUR QASIMLI MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB / FOTO
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
Heyvan bazarları ilə bağlı ciddi məhdudiyyətlər GƏLİR
550 manat müəyyənləşdi -
RƏSMİ QƏRAR
Aprelin 27-28-i ilə bağlı
XƏBƏRDARLIQ
Göy soğanın bilmədiyiniz faydaları
Dişlərin "evini yıxan" qidalar açıqlandı —
Hər gün yeyilir
Bakıda külək güclənəcək -
XƏBƏRDARLIQ