Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Ehtiyac yarandıqda Türkiyə hərbi dəstək də verə bilər, tam qanunidir
Çavuşoğlunun “Lazım gəlsə, bir millət, bir dövlət kimi davranacağıq” bəyanatının açması; Elman Nəsirov: “BMT-nin nizamnaməsinə görə Azərbaycan müttəfiqləri ilə birgə müdafiə olunmaq hüququna malikdir, qardaş ölkənin istənilən formada Azərbaycanın yanında olması tamamilə qanunauyğundur”
Türkiyənin xarici işlər naziri Bakıya gəldi və Azərbaycana qardaş dövlətin dəstəyi bu şəkildə də ortaya qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Mövlud Çavuşoğlu bəyan etdi ki, Türkiyənin, türk xalqının Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya səfərə gəlib: “Türkiyə olaraq və türk xalqı olaraq, biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq.
Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizim də borcumuzdur. Bunu Ceyhun qardaşımla, xaricdəki bütün səfirliklərimizlə – Azərbaycanın və Türkiyənin səfirlikləri ilə birlikdə həyata keçiririk. Bu gün Sizdən alacağımız təlimatlarla daha böyük güclə bir yerdə çalışmağa davam edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik”.
M.Çavuşoğlu Bakıya səfərindən az öncə isə “Lazım gəlsə, bir millət, bir dövlət kimi davranacağıq” bəyanatını verib.
Elman Nəsirov
Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Türkiyə xarici işlər nazirinin məhz indi Bakıya səfər etməsinin xüsusi mənası, özəllliyi, əhəmiyyəti var:
“Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Prezident çox maraqlı bir ifadə işlətdi. Cənab Prezident dedi ki, Siz dəfələrlə Azərbaycana gəlmisiniz, amma budəfəki gəlişin özəl mənası var: Budəfəki gəliş bizim üçün xüsusi məna və əhəmiyyət kəsb edir. Yəni biz Ermənistanla müharibə vəziyyətindəyik və belə olan vəziyyətdə qardaş dövlətin xarici işlər nazirinin Azərbaycana gəlişi bizə olan siyasi, mənəvi dəstəyin ifadəsidir ki, Türkiyə Azərbaycanın yanındadır. Türkiyənin xarici işlər naziri söylədi ki, biz millət iki dövlətik, amma lazım gələcəksə, bir millət bir dövlət də ola bilərik. Bu, o deməkdir ki, ekstremal vəziyyətlərdə, Azərbaycanın buna ehtiyacı olacağı təqdirdə Azərbaycanla Türkiyə bir dövlət kimi də çıxış eləyə bilər. Yəni bunun bütün detallarına varmaq istəmirəm, lakin nələrin nəzərdə tutulduğunu dərk etmək çətin məsələ deyil. Bu bəyanat Azərbaycana istənilən dəstəyin olacağını özündə ehtiva edir. Bu gün biz Türkiyədən mənəvi dəstək alırıq. İstənilən dəstək isə eyni zamanda özündə hərbi dəstəyi də ifadə edir. Burada heç bir qanuna zidd, beynəlxalq hüquqa zidd bir şey yoxdur. Bilirsiniz ki, Birləşmiş Millət Təşkilatının Nizamnaməsinin, o nizamnamə ki, onun 19 fəsli, 111 maddəsi var-51-ci maddəsində aydın şəkildə yazılıb ki, ərazisi təcavüzə məruz qalan dövlətin fərdi, eyni zamanda kollektiv müdafiə hüququ var. Yəni ərazisi təcavüzə məruz qalan dövlət-bu gün Azərbaycan ərazisi təcavüzə məruz qalan dövlətdir-Azərbaycan 51-ci maddəyə görə kollektiv müdafiə də oluna bilər. Bu o deməkdir ki, Azərbaycan müttəfiqləri, dostları ilə birgə müdafiə olunmaq hüququna malikdir. Həmin maddəyə görə Türkiyənin Azərbaycanın yanında istənilən formada olması tamamilə qanunauyğundur”.
Deputat qeyd etdi ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri özünün yüksək zirvəsindədir:
“27 sentyabra qədər münaqişənin adı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi. Amma 27 sentyabrdan sonra bu artıq münaqişə deyil, bu, Ermənistan-Azərbaycan müharibəsidir. Müharibəyə münasibətdə dövlətlər üç kateqoriyaya bölünür. Var müttəfiq dövlətlər, var düşmən dövlətlər, var neytral dövlətlər. Cənab Prezidentimizin söylədiyi kimi, indi həqiqət anıdır, hər bir dövlət öz mövqeyini ifadə etməlidir, ya haqqın, beynəlxalq hüququn yanında olmalıdır, Azərbaycanla müttəfiq kimi davranmalıdır, ya nahaqqın yanında olub beynəlxalq hüququ pozmalıdır, düşmən kimi davranmalıdır, ya da neytral qalıb kənara çəkilməlidir. Türkiyə haqqın, beynəlxalq hüququn yanındadır. Təəssüf ki, Fransa dövləti və onun prezidentinin simasında biz nahaqqın yanında dayanışı görürük. ATƏT-in Minsk Qrupunun həmsədr dövləti öz missiyasına uyğun olaraq qərəzsiz, neytral mövqedə dayanmalı idi. Amma Fransa işğalçının müttəfiqi kimi özünü aparır. Ona görə də indi Azərbaycan ictimaiyyətinin haqlı bir tələbi var ki, Fransa Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılsın, Türkiyə həmsədrlərdən biri olsun. Nəhayət, sonda onu da qeyd edim ki, ola bilsin bundan sonra ATƏT-in Minsk Qrupunun fəaliyyətinə heç bizim ehtiyacımız qalmasın. Onun fəaliyyəti cəmisi bir dəfə bizə lazım olacaq. Bütün işğal olunmuş ərazilərimizdə biz qələbə bayrağımızı qaldırandan sonra Minsk Qrupuna 11 üzv dövlətin iştirakı ilə ATƏT-in Minsk konfransı keçirilsin və qələbəni fiksasiya eləsin və bundan sonra sülh müqaviləsi imzalansın”.
Oxşar Xəbərlər
Türkiyə XİN başçısı:“Azərbaycanın torpaqlarını təkbaşına azad etməyə gücü çatır"
Deputat: “Onlar Bakı ilə Ankaranın əməkdaşlığından narahatdırlar”
Türkiyə Prezidenti Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib - FOTO
“Hər bir dövlətin vəzifəsi Azərbaycanın mübarizəsinə dəstək olmaqdır”
Xəbər lenti
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Xırdalanda yaşayış binasındakı YANĞIN
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi -
Fotolar
Türkanın müzakirə yaradan paylaşımı:
"Qal yana-yana"
Türkiyə səhəri güclü zəlzələ ilə açdı
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
Əli Əsədov yeni qərar İMZALADI
Xankəndidə ev yandı
Baş nazir Samir Şərifovu sədr
TƏYİN ETDİ
TƏCİLİ! Nazirlər toplandı -
İclas keçirilir
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi
Ali Məhkəmə mühüm məlumat yaydı
Günay Malikqızı vəzifəsindən ayrıldı
SON DƏQİQƏ! Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək
İlham Əliyev Trampa təşəkkür etdi
Cavid Qurbanov bu xanıma yüksək VƏZİFƏ VERDİ
İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul etdi -
Fotolar
Flora Kərimova ilə bağlı üzücü xəbər
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb
Kişi SMS üstündə arvadını parkda döydü, cinayət məsuliyyətindən azad edildi
İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
Foto
Neft bazarında SON DURUM –
Qiymətlər belə dəyişdi
Bu ərazilərdə işıq olmayacaq
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
TƏCİLİ! Xankəndidə partlayış: Ölən var
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Yeni 100 manatlıqlar tədavüldə -
Taleh Kazımovun imzası ilə
Bakıda güclü külək əsəcək, bu rayonlara leysan yağacaq -
Sabahın havası
Zaur Kamaldan dələduzluq xəbərdarlığı
Dayı bacısı qızının evindən qızıl oğurladı
Azərbaycanın ilk masonu kim olub? –
Tarixin gizli səhifəsi açıldı
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişinin ildönümü Beyləqanda qeyd edilib
-Fotolar
21 nömrəli bağça bağlanır? -
Təhsil İdarəsindən açıqlama
Sükan arxasında yuxulayan sürücü maşını körpüdən aşırdı -
Yol polisindən XƏBƏRDARLIQ
IV Şuşa Qlobal Media Forumu başa çatdı
İlham Əliyev Makrona: Dövlətlərarası münasibətlərimizdə yeni dövr başlayır
Pensiya ödənişlərinə yönəldilən vəsait 3,9 milyard manata çatdı
İşğal dövründə güllələnmiş büstlərə baxdılar -
Fotolar
İlham Əliyev Slovakiya Prezidentinə təşəkkür etdi
Tramp İranla bağlı xalqa müraciət edəcək
Bu ölkədə güclü zəlzələ baş verdi
Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır -
TƏFƏRRÜAT
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bəzi yerlərə leysan yağıb, Aran rayonlarında 37 dərəcə isti olub
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Bakının iki rayonunda qaz kəsiləcək
Avqust ayının qeyri-iş günləri-
Təqvim
İsti havalarda infarkt riski arta bilər:
Bu əlamətləri laqeyd yanaşmayın!
Bu ərazilərdə işıq olmayacaq