10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
BU NECƏ “HƏMKAR"LIQDIR?! - Korrupsiyada öndə gedən, şəhid ailəsi və qazi görəndə isə “gizlənən” qurum
Yaxud AHİK rəhbəri daşıdığı vəzifənin məsuliyyətini dərk edirmi?
İkinci Qarabağ müharibəsi və ondan sonra baş verənlər ayrı-ayrılıqda hər bir vətəndaşımızdan tutmuş müxtəlif səviyyəli dövlət idarələrinə, məmurlara, irili-xırdalı iş adamlarına, şirkətlərə, müəssisə və təşkilatlara qədər hər bir şəxs və qurum üçün böyük sınaq oldu. Ancaq təəssüf ki, bu sınaqdan heç də hər kəs, hər qurum, hər təşkilat üzüağ çıxa bimədi...
Artıq 28 ildir ki, ölkəmizdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) adlı qurum var və 28 ildir ki, bu quruma Səttar Möhbalıyev rəhbərlik edir. Ancaq indiyə kimi bu təşkilatın adı korrupsiya, yeyinti, saxtakarlıq, “putyovka” alverindən başqa demək olar heç bir normal, yaxşı əməldə hallanmayıb.
“Seçki yolu” ilə 6 dəfə AHİK sədri olmaqla yanaşı, ardıcıl 5 dəfə də eyni yolla deputat olan S.Möhbalıyevin özü isə ölkədə “köhnə komanda”nın təmsilçisi, Prezidentin sabiq köməkçisi Əli Həsənovun qudası, nəhayət, tutduğu vəzifə hesabına oliqarxa, milyonçuya çevrilən şəxs kimi tanınır.
Bütün bunlar öz yerində və təbii ki, Azərbaycanda hələ də vəzifədə olan və məlum üsullarla varlanmaqda davam edən “köhnə qvardiya” üzvlərinin sırası S.Möhbalıyevlə məhdudlaşmır.
Uzun illər parlamentə Ramiz Mehdiyevin “xətti” ilə düşən də tək Möhbalıyev deyil.
Lakin təəsüf və hətta hiddət doğuran hal odur ki, necə deyərlər, “oturduğu yerdə müftə pul qazanan”, bütün dövlət müəssisələrindən, əksər biznes strukturlarından AHİK-ə üzvlük haqqı adı altında əmək haqlarının 2 faizi civarında vəsait toplayan, təkcə bu istiqamətdən ildə 50 milyon manata yaxın pul qazanan bir qurumun adı nə müharibə dövründə, nə də ondan sonra hər hansı bir şəhid, yaxud qazi ailəsinə maliyyə dəstəyi göstərilməsində, yaxud onlarla bağlı hansısa sosial layihənin həyata keçirilməsində, digər xoş məramlı, dəstək xarakterli aksiyada, təşəbbüsdə keçməyib.
Yəni AHİK-in və onun rəhbərinin bu qəbildən olan ailələrə, şəxslərə bir “qara qəpiklik” xeyrinin dəydiyinə dair hər hansı məlumata rast gəlinmir.
Araşdırsanız, görərsiniz ki, şəhid və qazilərimizin, eləcə də onların valideynlərinin olduqca böyük hissəsi AHİK-ə üzv olub və oraya üzvlük haqqı ödəyiblər.
Lakin belə bir ağır və məsuliyyətli dövrdə AHİK və onun rəhbərliyi bu şəxslərə olan borcunu ödəməyi ağlının ucundan belə keçirmir. Sanki, ya bu təşkilatın Azərbaycana heç bir aidiyyatı yoxdur, ya da Azərbaycanda ümumiyyətlə, bu adda qurum mövcud deyil. Hansı ki, hansısa vətəndaşı işə qəbul edilən andan etibarən özündən soruşmamış, dərhal AHİK-ə üzv edir və maaşının 2 faizinin bu qurumun hesabına üzvlük adı altında keçirilməsini təmin edirlər.
Bununla yanaşı, cəmiyyətin tabeçiliyində və dövlətin balansında olan onlarla sanatoriyalar AHİK sədrinin şəxsi biznes obyekti kimi idarə olunur. Uzun illərdir ki, “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Naftalan”, “Qaranquş” kimi sanatoriyalara “putyovka” tapmaq müşküldən də müşkül məsələdir.
Hamı bilir ki, bu sanatoriyalara “putyovka” adi AHİK üzvlərinin böyük əksəriyyəti üçün əlçatmazdır, əvəzində təşkilata heç bir aidiyyatı olmayanlar onları 400-500 manata əldə edə bilirlər. Bu pulların da nəticə etibarilə kimin cibinə axdığı heç kimə sirr deyil.
Ümumiyyətlə, həmkarlar şəbəkəsində ən çox korrupsiyalaşmış istiqamətlərdən biri “putyovkalar”la bağlıdır. Və il ərzində məlum yollarla toplanan külli miqdarda vəsaitin böyük bir hissəsi məhz bu istiqamət üzrə silinir. Bundan başqa, araşdıran olsa, bu qurumun tabeliyindəki ərazilərin, tikililərin və s. qanunsuz şəkildə icarəyə verilməsi, satılması barədə çoxsaylı faktlar üzə çıxa bilər.
Demək istədiyimiz odur ki, S.Möhbalıyevin “sağmal inək” kimi baxdığı bu təşkilat heç bir zəhmət çəkmədən milyonlarla vəsaitə yiyələndiyi halda, heç olmasa müharibə günlərində və ondan sonrakı dövrdə belə hansısa bir sosial, humanist təşəbbüslə çıxış etmədi, kimsəyə yardım göstərmədi
. Əgər belə bir şey olsaydı, bunu mütləq “reklam edərdilər”. Ancaq mətbuatda, həmçinin sosial şəbəkələrdə AHİK-in nə bir şəhid ailəsi, nə də bir qaziyə dəstək verməsinə dair heç bir məlumata rast gəlinmir.
Məlumat üçün bildirək ki, AHİK 17430 həmkarlar ittifaqı təşkilatını və 1 milyon 600 minə yaxın üzvü əhatə edir. Bu, olduqca böyük bir təşkilatdır və belə bir quruma rəhbərlik edən şəxs Vətənə, onun şəhidinə, qazisinə hörmət etməyə, onun qayğısını çəkməyə həm mənəvi, həm də hüquqi baxımdan borcludur!
Bunu dərk etməyən, yaxud yekəxanalıqdan belə məsələlərə məhəl qoymayanlar isə tutduqları vəzifələrə layiq deyillər və belələrinin aqibəti gec-tez DTX-nın “baş çəkdiyi” məmurların aqibətindən fərqlənməməlidir.
Oxşar Xəbərlər
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı kimə xidmət edir?
Qorxmaz Hüseynovun vəzifəsindən azad edilməsi Akif Məmmədovun istefasına yol açacaq
Deputat şəhid ailələri ilə bağlı icra başçılarına çağırış etdi
Əflatun Amaşov:"Azərbaycanda heç bir qurum mediaya nəzarət etmir, media tam müstəqildir"
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…