Azərbaycanda orta və ali məktəblərdə əyani dərslərin başlama vaxtı AÇIQLANDI

“22 sentyabr tarixindən l və IV siniflər, 29 sentyabr tarixindən V-XI siniflər üçün əyani tədris başlayır”. 
Sozcu.info-ın məlumatına görə, bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib. 
Onun sözlərinə görə, sentyabrın 29-dan, həmçinin ali məktəblər, peşə məktəbləri, kolleclər açılacaq. 
Nazir qeyd edib ki, dərslər əvvəlki kimi həftədə 5 dəfə, bəzi məktəblərdə isə 6 dəfə olmaqla bərpa olunacaq.


Oxşar Xəbərlər

Xəbər lenti