Ahıska türklərinin lideri Ziyəddin Kassanov Ərdoğanın sözçüsü ilə görüşdü -FOTO

Yaşadıqları ölkələrdə problemlərlə üzləşən Ahıska Türklərinin Türkiyəyə köç etdirilməsi ilə əlaqədar komissiya yaradılacaq
Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) sədri Ziyəddin Kassanov 28 sentyabr 2021-ci il tarixində Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalınla Ankarada Prezident sarayında biraraya gəlib.
Qafqaz.media xəbər verir ki, DATÜB sədri Ziyəddin Kassanov Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalınla görüşdə yaşadıqları ölkələrdə problemlərlə qarşılaşan Ahıska Türklərinin Türkiyəyə köç etdirilməsi, uzun müddətdir diplom təsdiqi gözləyən Ahıska türkü olan həkimlərin durumu, Bitlisin Ahlat rayonuna gətirilən Ahıska türklərinə ərazilərin verilməsi kimi əsas mövzular haqqında fikir mübadiləsi edib.
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın yaşadıqları ölkələrdə problemlərlə üzləşən Ahıska Türklərinin Türkiyəyə köç etdirilməsi ilə əlaqədar olaraq nazirliklərdən ibarət bir köç komissiyası qurulacağını, Türkiyədə yaşayan Ahıska türkü həkimlərin diplomlarının tanınması üçün isə Yüksək Öyrətim Kurulu (YÖK) başqanlığı tərəfindən ən qısa zamanda yenidən məsələ ilə bağlı görüşmələr səbəbiylə DATÜB-ün dəvət ediləcəyini, Ahlatda yaşayan Ahıska türklərinə əkin sahələrinin verilməsi üçün isə, dövlətin balansında olan torpaqların statusunun dəyişdirilərək, onlara verilməsi üçün fəaliyyətin davam etdirildiyini bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti