"Bu cür müəllimlər millətə nə qədər böyük zərər vururlar" - Qənirə Paşayeva

"Diaqnostik qiymətləndirilmə ilə bağlı keçirilən imtahanlarda öz ixtisasından aşağı bal toplayan müəllimlərin varlığı bir sıra məktəblərimizdə təhsilin keyfiyyətinə mənfi təsir göstərir".
Sozcu.info" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Tovuzda ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşdə deyib. 
“Bu cür müəllimlər anlamalıdırlar ki, millətə nə qədər böyük zərər vururlar. Onlar ya öz üzərlərində ciddi çalışıb yaxşı müəllim olmaq üçün gecə-gündüz məsuliyyətlə işləməlidirlər, ya da məktəblə könüllü şəkildə vidalaşmalıdırlar. Öz fənnindən həddindən aşağı az bal toplayan müəllimlərə məktəbdə yer olmamalıdır”,-deyə millət vəkili vurğulayıb.
Qənirə Paşayeva həmçinin Tovuzun ən yaxşı məktəblərindən olan Bozalqanlı kənd məktəbinin ciddi təmirə ehtiyacı olduğunu deyib.


Oxşar Xəbərlər

Xəbər lenti