Kəmaləddin Heydərovun federasiyasında idmançıların maaşı kəsildi

Azərbaycan Taekvando Federasiyası Olimpiadada uğursuzluğa görə idmançıların maaşlarını 70 faiz kəsib.
Bu barədə “Qafqazinfo”ya dünya çempionu Milad Beiqi Harçeqani deyib.
O bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra maaşının 70 faizi kəsilib: “Bəli, uğursuzluğa görə maaşımın 70 faizini kəsiblər”.
Məslə ilə bağlı detallara gəlincə, Milad əlavə açıqlama vermək istəmədiyini qeyd edib: “Bağışlayın, çox şeyi deyə bilmərəm”.
Qeyd edək ki, Azərbaycan Taekvando Federasiyasının Prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.


Oxşar Xəbərlər

Xəbər lenti