Bakıda məktəbdə bıçaqlanma oldu

 

 

Bu gün Suraxanı rayonundakı 146 saylı məktəbdə bıçaqlanma hadisəsi baş verib. Hadisə ilə bağlı məktəbin direktoru Süleyman Zülfüqarov "Yeni Sözçü” qəzetinə açıqlama verib.  O bildirib ki, məktəbdə hərbi vərdiş və davranışlara yiyələnməsinə yönələn dərslər açıq havada  keçirilməsi nəzərdə tutulub.   Hadisə məktəbin həyətində  baş verib.

"Bu gün səhər saat 10 radələrində, 10-cu sinif şagirdləri  hərbi hazırlıq dərsi zamanı yoldan ötən bir şəxs ilə məktəbin şagirdləri arasında mübahisə düşüb. Məktəbin 10-cu sinif şagirdi Novruzov Rəşad buna etirazını bildirir, yoldan ötən həmin adamla  əlbəyaxa olurlar. Nəticədə məktəbin şagirdinə bıçaq zərbəsi ilə xəsarət yetirlir. Hadisə ilə baglı dərhal  polis bölməsinə və təhsil idarəsinə məlumat verdik”. 

Məktəbdən təcili tibbi yardıma müraciət olunub və Rəşad Novruzov  xəstəxanaya aparılıb. Hadisəni törədən şəxs isə Suraxanı Rayon Polis İdarəsinin 32-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti