Təhsil nazirinin müşaviri işdən çıxarılıb, yeni vəzifəyə təyin olunub

Təhsil nazirinin müşaviri işdən çıxarılıb, yeni vəzifəyə təyin olunub.
Sozcu.info report-a istinadən məlumatına görə, nazirin müşaviri Ülkər Səttarova Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.
Bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Agentlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yeni sədr Ü.Səttarova bu gündən işinin icrasına başlayıb.
Nazirin digər əmri ilə Agentliyin keçmiş sədri Eldar Orucov Təhsil Nazirliyinə təyinat alıb. Belə ki, E.Orucov nazirlikdə Aparat rəhbərinin müavini təyin edilib.


Oxşar Xəbərlər

Xəbər lenti