Nazir müşavirini yeni vəzifəyə təyin etdi

Təhsil nazirinin müşaviri yeni vəzifəyə təyin olunub.
Nazirin müşaviri Ülkər Səttarova Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb. Bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Agentlikdən bildirilib ki, yeni sədr Ü.Səttarova bu gündən inin icrasına başlayıb.
Nazirin digər əmri ilə Agentliyin keçmiş sədri Eldar Orucov isə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini təyin edilib. 


Oxşar Xəbərlər

Xəbər lenti