Dünən, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
14-10-2025, 22:23
Türkiyənin paytaxtı Ankaranın Etimesqut səmtinin Yapraqcıq məhəlləsində polis tərəfindən keçirilən əməliyyat nəticəsində paytaxtda terror aktları törətməyə çalışan İŞİD qruplaşmasının 2 üzvü məhv edilib.
Sozcu.info Axar.az-a istinadən xəbər verir ki, Ankara valisi Ərcan Topaca terrorçuların yaşadığı mənzilə baxış keçirib və tədqiqatçılardan məlumat alıb.
O bildirib ki, yaxalanan azərbaycanlı terrorçunun ifadələri əsasında əməliyyat keçirilib:
"İstanbuldan izinə düşdüyümüz azərbaycanlı terrorçunun İŞİD üzvü olduğu müəyyən edilib. Son günlər müntəzəm olaraq avtomobil kirayələməsi və Ankaraya gəlməsindən şübhələnilib. Onun paytaxta 2 nəfər gətirməsi də müəyyən edilib. İŞİD üzvü olan bu şəxsin ifadəsindən sonra hüquq-mühafizə orqanları təcili şəkildə əməliyyat keçirərək həmin 2 terrorçunu zərərsizləşdirib”.
Vali onu da əlavə edib ki, terrorçulardan qaldığı mənzildən xeyli silah-sursat da tapılaraq istintaqa təhvil verilib.