8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Belçikada mühakimə edilən, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan 8 nəfər şahzadəyə, "xidmətçilərini istismar eləmək” və "insan qaçırmaq” cinayətləri ilə bağlı 15 aylıq həbs və 165 min avro cəzası verilməsi barədə hökm çıxarılıb.
Ölkənin ən güclü ailələrindən Əl Nahyana mənsub şahzadələrin həbs cəzaları ilə pul cəzalarının yarısı təxirə salınıb. Hadisədə sonra şahzadələrin bir fotosu da mətbuata verilməyib. Əbu Dabi əmiri şeyx xəlifə bin Zayed əl Nahyanın ailəsi eyni zamanda ingilis futbol klubu "Mançester Siti”nin də sahibidir.
BBC-nin türk redaksiyasının xəbərinə görə, şahzadələr barəsində cinayət işi isə təxminən 10 il əvvəl Belçikanın paytaxtı Brüsseldəki lüks oteldə baş verənlərlə bağlı açılmışdı. Otelin bir mərtəbəsini bir neçə aylığa kirələyən şahzadələr, 20 nəfərdən artıq xidmətçinin oteldən çıxmasına icazə verməyib.
Şahzadələr xidmətçiləri artıq yeməkləri yeməyə, yerdə yatmağa məcbur edərək, sutkanın bütün saatlarında işlədiblər. Belçikanın dövlət orqanları, xidmətçilərdən birinin qaçıb polisə müraciət eləməsindən sonra hadisədən xəbərdar olub, hadisə ilə bağlı cinayət işi açılıb.