Psixiatriya Xəstəxanasında 38 yaşlı şəxsin meyiti tapıldı
Baş nazir ƏMR İMZALADI
Azərbaycanda bu tərəvəzin qiyməti kəskin UCUZLAŞDI
Ərdoğan Ermənistana GEDİR? -
İrəvan rəsmi dəvət GÖNDƏRDİ
SON DƏQİQƏ:
Rəşad Dağlı azadlığa çıxa bilər
Gürcüstanda şok çalxalanma:
Saakaşvili satqınları ifşa etdi
Həkim, pasiyent və aptek bir sistemdə -
AÇIQLAMA
Neftin qiyməti ilə bağlı
SON DƏQİQƏ XƏBƏRİ
Elşən Xəzərin qızı Tik-Toker kimi məhşurlaşan "Beniz"in məhkəməsində ifadə verdi
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Şeyxülislamdan anti-Azərbaycan iddialarına SƏRT cavab
Azərbaycanda süd məhsulları BAHALAŞIR? -
SƏBƏB
Əvvəlki
Sonrakı
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
TRAMP İRANLA ATƏŞKƏSİ UZATDI
- Pakistanın müraciətini nəzərə alıb...
22-04-2026, 13:21
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Nazirlər Kabineti Prezidentin sərəncamını niyə icra etmir? -
Qəzet kağızı və digər çap məhsulları hələ də ƏDV-dən azad edilməyib...
Məlum olduğu kimi, bir neçə ay əvvəl Prezident İlham Əliyev Azərbaycanda qəzet kağızı və hazır çap məhsullarının idxalının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ilə bağlı sərəncam verib.
Qanuna dəyişiklikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, (elektron kitablar istisna olmaqla) habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq. Milli Məclis Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsini üçüncü oxunuşda təsdiq edib.
Prezidentin məlum sərəncamına baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti qəzet kağızı və çap məhsullarının ƏDV-dən azad edilməsi ilə bağlı üzərinə düşən öhdəliyə hələ də əməl etməyib.
Belə ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, Nazirlər Kabineti bu günə qədər ƏDV-dən azad edilməli olan məhsulların siyahısını onlara təqdim etmədiyindən, hazırda sözügedən məhsulların idxalına ƏDV tətbiq olunur.
Maraqlıdır ki, Prezidentin sərəncamının üzərindən aylar keçsə də, Nazirlər Kabineti həmin sərəncamdan irəli gələn öhdəliklərini nə üçün yerinə yetirmir? ƏDV-dən azad olunan məhsulların siyahısını bu müddət ərzində müəyyən etmək bu qədərmi çətindir?
Bu güzəşt tək qəzetlər üçün deyil, eyni zamanda ölkədə nəşriyyat və poliqrafiya sahəsində çalışan insanlar üçün də əhəmiyyət kəsb edir.
Yəni, burada söhbət təkcə qəzetlərdən, çap mətbuatından getmir. Bundan nəşriyyatlar, mətbəələr, poliqrafiya müəssisələri, həmçinin bu materialları ölkəyə idxal edənlər də faydalanacaq.
"Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı "Hürriyyət"ə müsahibəsində qeyd edib ki, prosesin bu qədər gecikdirilməsinə səbəb məmur özbaşınalığıdır:
"Ümumiyyətlə bu məsələ Milli Məclisdə müzakirə edilib. Çap məhsulları üzərindən ƏDV-nin götürülməsi məqsəduyğun hesab olunub. Bununla bağlı bizim də çoxsaylı müraciətlərimiz olub. Sevindik ki, ƏDV çap məhsulları üzərindən artıq götürülür. Qərar qəbul olunsa da hələ icra edilməyib. Görünür ki, müəyyən prosedurların həll olunması lazımdır. Nazirlər Kabinetinin çap məhsulları üzərində tətbiq etdiyi anlaşılmaz qərar olub. Yəgin ki, onun üzərində dəyişiklik olunması gözlənilir. Qərarın hələ də icra olunmaması onu göstərir ki, ortada hansısa problem var. Digər tərəfdən kağızın getdikcə qiyməti də qalxır. Azalma müşahidə olunmur. Rusiya və Ukraynadakı vəziyyət kağız bazarında müəyyən iqtisadi problemlərə gətirib çıxarır. Prosesin bu qədər gecikdirilməsinə səbəb məmur özbaşınalığıdır. Çünki ortada ciddi yanaşma yoxdur. Ona görə də bu problemlər qalmaqdadır. Qəbul edilən qərarların icra mexanizmi olmalıdır. Təəssüf ki, bu bizdə həmişə problemə səbəb olub. Biz də bu məsələni öz mətbu orqanımızda işıqlandırırq. Lakin heç bir nəticəsi olmur. Amma yenidən məsələni diqqət mərkəzinə gətiririk və bundan sonra da gətirəcəyik".
"525-ci qəzet"in
baş redaktoru,
Azərbaycan Yazıçılar Birliyinin
sədr müavini Rəşad Məcid isə qərarın icrasının gecikməsini texniki problemlərlə əlaqəli ola biləcəyini düşünür. O ümid edir ki, qərar yaxın müddətdə reallaşacaq:
"
Bununla bağlı çox danışmışıq. Milli Məclisdə İqtisadiyyat Komitəsinin iclasında da müzakirə edilib. Mən də iclasda iştirak etmişəm və bunun çox müsbət addım olduğunu qeyd etmişəm. Eyni zamanda həm kağızdan, həm də kitab çapı və nəşrindən ƏDV-nin ləğv edilməsini çox müsbət hadisə kimi vurğuladım. Düşünürdüm ki, yanvarın 1-dən sonra həyata keçəcək. Az da olsa qəzetlərə və yazılı mətbuata da xeyir edəcək. Qəzetlər əvvəl ki kimi çox kağız istifadə etməsə də, amma qəzet üçün əlavə dəyər vergisi ödəyirik. Güman edirdik ki, yanvardan sonra olacaq. Yəgin ki, hansısa obyektiv səbəblərdən gecikmə olur. Biz hələ də ƏDV ödəməkdə davam edirik. Deyilənə görə, apreldən ƏDV-nin ləğv edilməsi həyata keçəcək. Ola bilsin ki, texniki səbəblərdən gecikmə olur. Hər halda müsbət hadisədir. Yaxın müddətdə reallaşacaq".
“Novoe vremya” qəzetinin baş redaktoru Şakir Ağayev hesab edir ki, qanun tezliklə icra edilməlidir. O qeyd edib ki, Prezidentin verdiyi sərəncamı heç kim qulaq ardına vura bilməz və vurmamalıdır:
"Mən həmişə demişəm ki, qanun veriləndə onun icra mexanizminə nəzarət etmək lazımdır. İcra mexanizminə nəzarət etməyəndə, hansı qanun olur-olsun onun
əhəmiyyəti olmur. Sağ olsun ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Əsasən də çap məhsulları üçün güzəştlər olmalıdır. Çox təəssüflər olsun ki, qanun müvafiq orqanda verilməsinə baxmayaraq, bu günə qədər həyata keçməyib. Bu günə qədər həyata keçməyibsə, təbii ki kağız məhsullarının da qiyməti də aşağı düşməyib. Eyni zamanda, mətbuat üçün nəzərdə tutulan güzəştlər də icra edilməyib. Təbii ki, çap məhsulları o qanundan qidalana bilmir. Hesab edirəm ki, müvafiq qurumlar qanunun icrasını tezliklə həyata keçirməlidir. Prezidentin verdiyi sərəncamı heç kim qulaq ardına vura bilməz və vurmamalıdır. Bilirsiniz ki, Azərbaycan kağızı daha çox Rusiyadan alır. Belə olan halda qlobal hadisələr də qiyməti bir qədər artırır. Bu hadisələr olmasaydı belə, kağızın qiyməti əvvəldən də baha olub. Ona görə də qanun tezliklə icra edilməlidir. Mən də qəzet baş redaktoru kimi Prezidentə müraciətimi etməyə hazıram. Hesab edirəm ki, tezliklə qanun icra edilməlidir. Əgər icra edilməsə, yuxarı orqanlar qarşısında bunu müzakirəyə çıxaracayıq".
Mətbəə müdiri Aslan Məmmədovun fikrincə, qərarın icra edilməməsi həm çap mətbəəsinə, həm də qəzetlərə mənfi təsir göstərir:
"İcra edilməmə səbəbini hər halda biz bilmirik. Bunu icra edənlərdən soruşmaq lazımdır. Qərar vaxtında icra edilsə, bizə də yaxşı olar Digər tərəfdən, qəzetlərə də müsbət təsir edər. Qərarın icra edilməməsi həm bizə, həm də qəzetlərə mənfi təsir göstərir. Nəticədə qəzetin qiyməti bahalaşır və insanların qəzet almasını çətinləşdirir. Qiymət baha olduqda, bizim də kağız almağımızda da problem yaradır. Əvvəl kağızın qiyməti aşağıydı, indi isə tamamilə bahalaşıb. İlk növbədə siz qəzet işçiləri bunu işıqlandırırsız. Biz isə istər Mətbuat Şurasına, istərsə də MEDİA-ya müraciətlərimizi edəcəyik".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili qeyd edib ki, qanunu icra ədən qurum İqtisadiyyat nazirliyinin Dövlət Vergi Xidmətidir:
"29 dekabr tarixində cənab Prezident bu qanunu imzalayıb. İcra olunub-olunmamağını Vergilər nazirliyindən soruşun. Çünki icraya onlara baxır. Bizim işimiz qanun qəbul etməkdir. Məndə icra olunub-olunmaası ilə bağlı informasiya yoxdur. Bunu icra ədən İqtisadiyyat nazirliyinin Dövlət Vergi Xidmətidir".
İqtisadiyyat nazirliyinin Dövlət Vergi Xidməti ilə əlaqə saxladıq. Qurumdan "Hürriyyət"ə bildirilib ki, vergi Məcəlləsinin 164.1.7 və 164.1.8 maddəsinə uyğun olaraq, nəşriyyat və poliqrafiya fəaliyyəti
reklam xidməti istisna olmaqla) yanvarın 1-dən ƏDV-dən azaddır:
"Vergi Məcəlləsinin 164.1.7 və 164.1.8 maddəsinə uyğun olaraq çap məhsullarının ƏDV-dən azad olunması var. Dövlət Vergi Xidməti vergilərin yığılmasını təmin edir. Qərar 2022-ci il yanvarın 1-dən icra edilməlidir. Vergi Məcəlləsinin 164.1.7 və 164.1.8 maddəsinə uyğun olaraq, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidməti istisna olmaqla) yanvarın 1-dən ƏDV-dən azaddır".
Dövlət Gömrük Komitəsindən etibarlı mənbənin verdiyi məlumat görə, qərarın icra edilməsi üçün Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır. Bununla bağlı müvafiq siyahi təqdim edilməlidir. Prezidentin 1533 saylı 29 dekabr 2021-ci il tarixli fərmanında göstərilir ki, üç ay ərzində Nazirlər Kabineti tərəfindən müvafiq siyahı təqdim edilsin. Siyahı da hələ də yoxdur. Nazirlər Kabinetinin qərarı olmadığına görə, qərar hələ də icra edilməyib.
Oxşar Xəbərlər
Vergi Məcəlləsinə dəyişikliklər ediləcək
ƏLİ ƏSƏDOV PREZİDENTİN SƏRƏNCAMINA NİYƏ ƏMƏL ETMİR? –
Milli Məclis xəstəxanalarda vahid qiymətlərin olması barədə layihəni təsdiqləyib
Milli Məclis kütləvi dini ibadət və mərasimlərin keçirilməsi qaydasını təsdiqləyib
Xəbər lenti
Psixiatriya Xəstəxanasında 38 yaşlı şəxsin meyiti tapıldı
Baş nazir ƏMR İMZALADI
Azərbaycanda bu tərəvəzin qiyməti kəskin UCUZLAŞDI
"Ürəyim qan ağlayır" -
14 yaşlı qızın ANASI DANIŞDI
Ərdoğan Ermənistana GEDİR? -
İrəvan rəsmi dəvət GÖNDƏRDİ
SON DƏQİQƏ:
Rəşad Dağlı azadlığa çıxa bilər
Gürcüstanda şok çalxalanma:
Saakaşvili satqınları ifşa etdi
Həkim, pasiyent və aptek bir sistemdə -
AÇIQLAMA
Mayda iki dəfə iş saatı qısaldılacaq
Neftin qiyməti ilə bağlı
SON DƏQİQƏ XƏBƏRİ
Elşən Xəzərin qızı Tik-Toker kimi məhşurlaşan "Beniz"in məhkəməsində ifadə verdi
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Şeyxülislamdan anti-Azərbaycan iddialarına SƏRT cavab
İctimai nəqliyyatda ödənişlərlə bağlı YENİLİK
Gecələr yuxunuz ərşə çəkilib?
Bu saatlarda çölə ÇIXMAYIN
Azərbaycanda süd məhsulları BAHALAŞIR? -
SƏBƏB
TƏCİLİ: İranda DƏHŞƏT YAŞANDI -
Ölən və yaralanan var
Azərbaycanda bu avtomobillər BAHALAŞDI
Ceyhun Bayramov həmkarı ilə ikitərəfli münasibətləri müzakirə etdi
Kraldan Trampa qəribə
XƏBƏRDARLIQ
Bakıda 14 yaşlı qızla gənc oğlan hamamda dəm qazından zəhərləndi - Ölən var
Aprelin 30-na olan hava proqnozu AÇIQLANDI
Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu -
FOTO
Verilişi Zaur yox, xanəndə aparacaq
SON DƏQİQƏ!
Azərbaycan nefti bu qədər BAHALAŞDI
Bakıda makler həbs edildi - Yarım milyonluq fırıldaq -
FOTO
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ:
Rusiya hökuməti yeni qərar verdi
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
“Qaçqınkom”un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş
Nazir oğlunu aldadan məşhur maliyyəçiyə qarşı başqa ittihamlar var imiş
Oliqarx oğlu məhkəməni bu dəfə də uduzdu
– Övladını ad-soyadını və aliment verəcək
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir?
– Rusiyanın “kölgə tanker”ində İran izi
İlham Əliyev bu sazişi təsdiq etdi
Abşeronda da Zərifə Əliyevanın 103 illiyi qeyd edildi -
FOTOLAR
Hərbçilərə şəxsi jeton veriləcək
Türkiyə F-16-ları Azərbaycanda təlimdə iştirak edir
İran ABŞ blokadası aradan qaldırılmadan danışıqlara getməyəcəyini açıqladı
Bakı-Ağstafa-Bakı istiqamətində gedənlərə
MÜHÜM XƏBƏR
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
“Şahdağ” hoteli qardaşıma məxsusdur”
-DEPUTAT
Hava ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ -
Ciddi risk var
Dəhşətli hadisə:
Dərsə getmək istəməyən yeniyetmə atasını güllələdi
Bu gün Bakının bu rayonlarında qaz olmayacaq
Leyla və Arzu Əliyevalar Xan məscidində -
FOTOLAR
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
Onkoloq xərçəng hüceyrələrini məhv edə bilən 4 qidanı sadaladı
İranın Ali Milli Təhlükəsizlik Şurası TƏCİLİ İCLAS KEÇİRDİ
VAZ 2103 170 min manata satışa çıxarıldı
PRİZMA
Sülhün memarı: İlham Əliyev və qlobal barışıq fəlsəfəsi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
"Ürəyim qan ağlayır" -
14 yaşlı qızın ANASI DANIŞDI
Mayda iki dəfə iş saatı qısaldılacaq
İctimai nəqliyyatda ödənişlərlə bağlı YENİLİK
Gecələr yuxunuz ərşə çəkilib?
Bu saatlarda çölə ÇIXMAYIN
Aprelin 30-na olan hava proqnozu AÇIQLANDI