8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması da ölkə vətəndaşları tərəfindən cəmiyyətdə harmoniyanın təmin olunmasına yardım edəcək ən böyük amil kimi qiymətləndirilməsi təsadüfi deyildi.
Bir neçə gündən sonra İradə xanım Gülməmmədovanın Abşeron Rayon Icra Hakimiyyətinin başçısı təyin olunmasının iki ili tamam olur. Iki il İradə xanımın fəaliyyətinə qiymət vermək üçün yetərli vaxt olmaqla yanaşı, qadın icra başçısının rəhbərliyinin nə qədər effektli olduğunu da müəyyən etmək baxımından yetərli zaman kəsiyidir.
Tam əminliklə demək olar ki, İradə xanım Gülməmmədovanın iki illik rəhbərliyi uğurlu olmuşdur. Bu əminlik isə yalnız sözdən ibarət deyil. İlk öncə bir qadın icra başçısnın rəhbərliyinin nə qədər effektli, uğurlu olmasına aydınlıq gətirək. Burada tam əminliklə demək olar ki, İrdaə xanım Gülməmmədova Abşeron rayonunda Zakir Fərəcovun rəhbərliyi zamanı yaranmış ictimai-siyasi sabitliyi qoruyub saxlamqla yanaşı onu daha sosial harmoniya halına gətirib. Son iki ildə Abşeron rayonunda demək olar ki, hətta fərdi qaydada belə kəskin sosial narazılıq aksiyası müşahidə edilməyib. Baxmayaraq ki, Abşeron rayonu Azərbaycanın ən mürəkkəb rayonlarından biri hesab olunur. Abşeron rayonu ərazsində on minlərlə məcburi köçkünün məskunlaşması həmin mürəkkəbliyi daha da artırıb. Lakin, Zakir Fərəcovun zamanında yaranan ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf İradə xanımın rəhbərliyi dövründə sosial harmoniya qazanaraq yeni mərhələyə qədəm qoyub. Məhz bu məqam ilə İradə xanım bir qadının rəhbərliyinin uğurlu ola biləcəyini sübut edib. Yeri gəlmişkən bu gün bütün dünyada qadınların idarəetmədə önə çıxması müşahidə olunur. İndi belə rəy formalaşmağa başlayır ki, qadınlar cəmiyyətdə harmoniyanı təmin etmək baxımından kişilərdən daha üstün imkanlara malikdirlər. Yeri gəlmişkən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması da ölkə vətəndaşları tərəfindən cəmiyyətdə harmoniyanın təmin olunmasına yardım edəcək ən böyük amil kimi qiymətləndirilməsi təsadüfi deyildi. Bu sadəcə gender bərabərliyi deyil. Bu iqtidar-cəmiyyət, sosial qruplar və ən nəhayətdə insanlar arasında harmoniyanın bərqərar olması deməkdir.
İradə Gülməmmədovanın Abşeron rayonunda ictimai münasibətlər sistemini daha da irəli götürərk harmoniya yaratmasında heç şübhəsiz ki, onun peşəsindən irəli gələn şəfqət hissi də az təsirini göstərməyib. Qeyd edək ki, İradə xanım ixtisasca həkimdir. Yeri gəlmişkən qeyd edək ki, Birinci vitese-prezident Mehriban xanım Əliyeva da ixtisasca həkimdir. Birinci vitse-prezidentin sosial sahəyə nəzarəti öz üzərinə götürməsi də həkimlərin hakimiyyətdə təmsilçiyinin sosial sahənin daha çox önə çəkilməsinə, beləliklə cəmiyyətdə harmoniyanın bərqarar olmasına və dərinləşməsinə yardım etməsini bir daha təsdiqləyir.
İradə Gülməmmədovanın iki illik rəhbərliyi altında Abşeron rayonun sosial-iqtisadi həyatında irəliləyiş, inkişaf müşahidə olunub ki, bu da ilk növbədə əhalinin maddi rifahının yaxşılaşdırılmasında öz əksini tapıb. Əlimizdə olan statistik məlumatara görə, yalnız 2016-cı ildə Abşeron rayonunda sakinlərin 1.014 nəfər 2016-cı ildə Rayon Məşğulluq Mərkəzinin xətti ilə işlə təmin edilmiş, 258 nəfərə işsizlik statusu verilərək müavinət təyin olunmuşdur. Ümumilikdə isə 2016-cı ildə Abşeon rayonunda ümumilikdə 3.527 yeni iş yeri yaradılmışdır ki, bu da əhalinin sosial rifahının yaxşılaşmasına ciddi təkan verir.
Məlum olduğu kimi son iki ildə yerli hakimiyyət orqanlarının qarşısında qoyulan ən mühüm vəzifələrdən biri də rayonların büdcə dotasiyasından asılılığının minimuma endirilməsidir. Abşeron rayonu 2011-ci ildən başlayaraq dotasiya almadan yerli gəlirlər hesabına büdcəsini formalaşdırır. Ölkədə yaşanan bəzi iqtisadi çətinliklərə baxmayaraq Abşeron rayonu büdcəsini yerli gəlirlər hesabına formalaşdırmaqda davam etmişdir. Halbuki, bir çoxları bunun əksini düşünürdü. Bütün bunlar iqtisadi inkişaf nəticəsində mükün olmuşdur.
Statistik məlumatlara görə, 2016-cı ildə Abşeronda 118 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bunun da 70 faizi qeyri-dövlət müəssisələrinin payına düşür. 2016-cı il Abşeron rayonun aqrar sektorunda inkişaf qeydə alınmışdır. Belə ki,rayonda heyvandarlıq və bitkiçilik məhsulları istehsalının həcmi xeyli artmışdır. Rayonun qəsəbə və kəndlərində əhali və fermer təsərrüfatlarında qaramalın sayı 23.274 başa, davarın sayı 132.884 başa, quşların sayı isə 1 milyon 188 min başa çatmışdır. 2016 –cı ildə Abşeron rayonunda 2.326 ton ət, 47.388 ton süd, 2.857 sentner yun istehsal olunmuşdur. Yumurta istehsalı isə 203 milyon ədədə çatmışdır. Hesabat dövründə 44 min ton tərəvəz toplanılmışdır.
2016-cı ərzində avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən 1 milyon 138 min ton yük daşınmış və yükdaşınmaların həcmi 2015-ci illə müqayisədə 3.5 faiz çox olmuşdur.
Bu statistik məlumatlar Abşeron rayonun iqtisadi inkişafından xəbər verir ki, bu da öz növbəsində idarəçiliyin doğru əllərdə olduğunu bir daha təsdiqləyir.
İradə Gülməmmədovanın rəhbərliyi altında Abşeron rayonunda abadlıq quruculuq işi davam etmişdir ki, bu da bütövlükdə Azərbaycanda aparıan abadlıq-quruculuq işinə öz tövhəsini vermişdir. Burada bir məqamı da qeyd etmək lazımdır ki, bu abadlıq-quruculuq işləri yalnız ölkənin simasını dəyişib, onu müasirləşdirməklə yekunlaşmır. İlk növbədə bu abadlıq-qruculuq işləri insanların həyat səviyyəsin yüksəlməsinə, daha rahat əldə etməsinə səbəb olur. Məsələn, 2016-cı ildə Abşeron rayonunda 135 küçə əsaslı təmir olunub. Bu 135 küçənin sakinlərinin daha rahat həyata qovuşması deməkdir. Eyni ilə ötən il Xırdalan şəhərində 20 çoxmənzilli yaşayış binası təmir olunması da bu binalarda həyat səviyyəsinin daha üstün səviyəyə yüksəlməsi deməkdir.
Bütün bu işlər görülən yerdə tənqidə səbəb ola biləcək məqamlar ola bilər. İnsan övladının hər bir əməlində tənqidi nöqtələr tapamaq olar. Çünki, insanın yaratdığı hər bir şeyin təkamülə ehtiyacı var. Ancaq bu tənqid sağlam tənqid olmalı, görülən işlərə kölgə salmamalı, ən əsası da Azərbaycan xalqının milli-mənəvi dəyərlərini aşmamalıdır. Təəssüf ki, bu gün İradə Gülməmmədovanı tənqid edənlər bütün bunları unudur, milli-mənəvi dəyərlərimizin ən əsas elementi olan qadına hörməti unudurlar. Bu isə onların insani keyfiyyətlərdən uzaq olması haqqında təəssürat yaradır ki, heç bir həmkarımız haqqında belə rəyin yaranmasını istəməzdik.
"Yeni Sözçü" qəzeti