“GENERAL MƏNİ VURMAQ İSTƏDİ…” - Elçin Məmmədov: “Dedi ki, işindən azad edilmisən, başqa sözə ehtiyac yoxdur”


Naxçıvan şəhəri, Kəngərli rayonu, Böyükdüz kənd sakini Məmmədov Elçin Arif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Elçin Məmmədovun iddiasına görə onu qanunsuz olaraq işlədiyi hərbi hissədən çıxarıblar:

“Mən, Məmmədov Elçin Arif oğlu, 2012-ci ildən daxili qoşunlarda xidmət etmişəm və sonradan orada işlə təmin olunmuşam. Hər şey öz qaydasında davam edirdi. Mənim barəmdə heç bir şikayət yox idi. İşimi layıqincə yerinə yetirməyə çalışırdım. Günlərin bir günü postda  axşam növbəsində idim. İş yoldaşım mənə yaxınlaşdı, söhbət etdik, çay içdik. Həmin vaxt dedi ki, bəs yoxlama var, saqqallıları yoxlamağa gəlirlər. Mən də dedim ki, yoxlasınlar da, biz yerimizdəyik.

Yoxlama zamanı postda olan hər kəs hazır olmalı idi. Səhər işdən çıxdığım vaxt hərbi hissə komandiri məni çağırdı ki, bəs sən “Saqqallıları yoxlamağa gəlirlər” demisən, buna görə də cənab general səni tutduğun vəzifədən və işindən azad edir. Mən ina sübut edə bimədim ki, belə söz deməmişəm.

Həmin vaxt biz təlim keçirdik. Cənab general Səlim Niftəliyevin qəbulunda olan zaman belə bir söz demədiyimi, mənə qarşı haqsızlıq olunduğunu bildirdim. O, həmin vaxt məni vurmaq istədi. “İşindən azad edilibsən, başqa sözə ehtiyac yoxdur”, - dedi. Ona bildirdim ki, ailəliyəm, xəstə uşağım var, bu məsələni araşdırın. Lakin sözlərimə əhəmiyyət vermədi.

Hərbi biletimə elə yazıblar ki, heç bir orqan məni işlə təmin etmir. Mən nə etməliyəm, kimə müraciət etməliyəm? Heç bir günahım olmadan işimdən oldum. Başqa iş tapa bilmirəm ki, uşağımın müalicəsini etdirim. Bütün səlahiyyəti çatan şəxslərdən xahiş edirəm ki, mənə kömək etsin, hərbi biletimi düzəltsinlər”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}