"Heydər Əliyev İli" çərçivəsində yeni layihəyə start verilir


"Heydər Əliyev İli" çərçivəsində yeni layihələrə start verilir.

Bu barədə Sozcu.info-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı "Mədəniyyətə bağlı ömür" layihəsinə start verir. İzləyicilər layihə çərçivəsində Ulu öndər Heydər Əliyevin müxtəlif illərdə yaxından iştirak etdiyi mədəni tədbirlərdən tarixi fotoşəkilləri, mədəniyyət və incəsənət sahəsində səsləndirdiyi fikirləri ilə tanış olacaqlar.

Müxtəlif rubrikalarla təqdim olunacaq layihə nazirliyin rəsmi saytında və sosial media hesablarında təqdim ediləcək.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}