Şlyapanın “altından çıxan” general - məhkəmə işi


Nəcməddin Sadıkova güvənib orduda qanunsuz işlər görən “Şlyapa Zahid”in məhkəməsi başladı 

Müdafiə Nazirliyinin işçisi olmuş və ötən il həbs edilmiş Zahid Niftəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş materialları Tərtər Hərbi Məhkəməsinə göndərilib.

Hurriyyet.az xəbər verir ki, iş materialları bundan əvvəl Gəncə Hərbi Məhkəməsinə göndərilmişdi, ancaq ərazi üzrə düzgün göndərilmədiyi əsas gətirilərək iş icraata götürülməyib və Tərtər Hərbi Məhkəməsinə göndərilib. İş hakim İlqar Quliyevin icraatına verilib. İlqar Quliyev ötən ilin dekabrında Tərtər Hərbi Məhkəməsinə sədr təyin olunub. Zahid Niftəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Cəmiyyətdə “Şlyapa Zahid” kimi tanınan Niftəliyev korrupsiya cinayətlərində təqsirləndirilir. Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı Zahid Niftəliyevlə birgə onun tapşırıqlarını yerinə yetirən Azərbaycan Ordusunun giziri olmuş Elsevər Niftəliyev də eyni maddələrlə mühakimə olunur. O, ev dustaqlığındadır.

Zahid Niftəliyevin vəkili Orxan Kəngərli məhkəməyə vəsatətlər təqdim edib. Vəsatətlər Zahid Niftəliyevin ev dustaqlığına buraxılması, məhkəmə iclaslarının audioyazı ilə aparılması, Birinci Qarabağ müharibəsi iştirakçısı olmasına və xəstəliyinə dair sübutların iş materiallarına əlavə edilməsi ilə bağlı olub. Ancaq vəsatətlər baxılmamış qalıb. Zahid Niftəliyevin digər vəkilinin işlə tanış olmadığı və zərərçəkmişlərdən biri iclasda iştirak etmədiyi üçün hakim hazırlıq iclasını qeyri-müəyyən vaxtadək təxirə salıb.

İttihama görə, Zahid Niftəliyev Elsəvər Niftəliyevlə əlbir olaraq ayrı-ayrı hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ya ordu sıralarından ehtiyata buraxılmasını təşkili üçün müxtəlif məbləğlərdə rüşvət alıblar.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

Zahid Niftəliyev görəcəyi işlərdə Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun köməklik edəcəyini deyib. Onunla Nəcməddin Sadıkov arasında dostluq münasibətləri         Birinci  Qarabağ müharibəsi zamanı yaranıb. Onlar birlikdə xidmət edib, sonralar isə yaxın dost olublar. Nəcməddin Sadıkov Baş Qərargah rəisi olduqdan sonra Zahid Niftəliyevi nazirliyin bütün rəhbər işçilərinə yaxın dostu kimi təqdim etdiyi, Zahid Niftəliyevin sözünün onun sözü olduğunu elan etdiyi bildirilir.

Hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ehtiyata buraxılmalarının təşkil edilıməsinə görə Zahif Niftəliyev ümumilikdə 40 min manat, Elsəvər Niftəliyev isə 21 min manat rüşvət almaqda təqsirləndirilir.

Cinayət işi materiallarında qeyd olunub ki, Zahid Niftəliyev həmçinin 2018-ci ildə N saylı hərbi hissənin bir neçə hərbi qulluqçusunu qanunsuz olaraq Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən həyətyanı sahəsində fəhlə kimi işlədib. Hərbi qulluqçular 15 gün onun evinin həyətində betonlama işləri aparıblar.

Əvvəllər Zahid Niftəliyev dələduzluq maddəsi ilə axtarışda olsa da, həbs ediləndən sonra həmin maddə rüşvətalma maddəsinə tövsif edilib. Vəkil Orxan Kəngərli isə hesab edir ki, Zahid Niftəliyev vəzifəli şəxs olmadığına görə korrupsiya cinayətində təqsirləndirilə bilməz.

Zahid Niftəliyev ibtidai istintaq zamanı ittihamlar üzrə özünü təqsirli bilməyib və ifadə verməkdən imtina edib. Ancaq ifadə verən keçmiş əsgərlər bildiriblər ki, hərbi hissədən qanunsuz olaraq onun Qəbələdəki evinə aparılaraq həyətyanı sahədə beton və başqa təmir-tikinti işlərinə təhkim olunublar.

Məhkəmə iclasına gəlməyən şahidi hansı cəza gözləyir?

Zahid Niftəliyev həbs olunan zamanlar sosial şəbəkələrdə onunla bağlı maraqlı məlumatlar paylaşılıb. Məsələn, bloger Həbib Müntəzir yazırdı ki, orduda yüzlərlə zabit ev növbəsində gözləyərkən,  Zahid Niftəliyevin iki kürəkəni az xidmət etmələrinə baxmayaraq, Nəcməddin Sadıkovun sayəsində qısa zamanda evlə təmin olunublar. Məhz onun dəstəyi hesabına dayısı oğlunun komandir olduğu 1-ci korpusa bacısı oğlu da gizir təyin olunub. Oğlu Həzrət Niftəlizadə şəhər qeydiyyatında olduğu halda, Zığ qəsəbəsində yerləşən Hərbi Dəniz Qüvvələrində xidmət edib. Nəcməddin Sadıkovun yaratdığı Koordinasiya (Yoxlama) Şurasının da əməkdaşı olan Zahid Niftəliyevin şübhəli yollarla böyük sərvətə sahib olduğu deyilirdi. Həmin əmlakların siyahısı da yayılmışdı:

Qəbələ rayonunun Vandam kəndinin girəcəyində hərbi hissəsinin materialları hesabına özünə çox böyük həyəti olan evi tikdirib,

Yasamal rayonu, Şərifzadə küç. 16 ünvanında generalların binasında evi, böyük sahəyə malik olan qarajı var,

Yasamalda, “Sudoldurma məntəqəsi”nin yaxnlığında yeni tikilən binada 4 otaqlı mənzili,

Fəhlə prospektində, "Həzi Aslanov" metrosunun yaxınlığında keçmiş 227 nömrəli hərbi hissənin ən yaxşı yerində 10 sot torpaq sahəsi,

Siyəzəndə (doğulduğu yerdə) böyük villası,

Yasamalda Ə. Əhmədov küç, ev 31A ünvanında mənzil,

Orduya kömək məqsədilə “Atabank”dan Zahidin adına 90 milyon pul götürülmüş, vəsaitin 38 milyon manatı mənimsənilib.

Atanın adına “ŞAHİN-CO” MMC və oğlu Həzrətin adına olan “Həzrət” MMC şirkətləri.

musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti