31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
14-10-2025, 22:23
ŞİD terror təşkilatının səhra komandirləri ABŞ vertolyotları ilə gətirildikləri Suriyanın Əl-Hasaka əyalətindəki qaçqın düşərgəsini tərk ediblər.
Dekabrın 29-da məlumat verilib ki, ABŞ-ın hərbi vertolyotları İŞİD liderlərini Suriya ordusunun onları təqib etdiyi Deyr-əz-Zor rayonundan Əs-Sədd qaçqın düşərgəsinə (Dəməşqin 720 kilometrliyi) təxliyyə edib.
Bildirilir ki, həmin terrorçular dekabrın 30-da ABŞ-ın vertolyotları ilə naməlum istiqamətdə uçublar.
Həmçinin qeyd olunur ki, noyabrda Əs-Sədd düşərgəsinə vertolyotlarla aralarında yaralıların da olduğu 47 İŞİD terrorçusu, eləcə də, onların bir neçə başçısı gətirilib.
Sonradan onlar ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən dəstəklənən "Suriya demokratik qüvvələri" kürd qruplaşmasına təslim olublar.