Məkkədə həlak olanların sayı min nəfəri keçib

Səudiyyə Ərəbistanında havaların çox isti keçməsi builki Həcc ziyarəti zamanı min nəfərdən artıq zəvvarın həlak olmasına səbəb olub. Frans Press Agentliyinin məlumatına görə, 800 nəfərə yaxın şəxs itkin düşüb.
Həcc ziyarəti 14-19 iyun tarixlərində keçib. Həmin günlərdə havanın hərarəti 50 dərəcəni keçib.
Müxtəlif ölkələrin diplomatlarının rəsmi açıqlamalarından çıxan nəticəyə görə, 2024-cü ilin Həcc ziyarəti zamanı 1081 nəfər zəvvar həyatını itirib. Həlak olanların əksəriyyəti - təqribən 660 nəfəri misirlidir və onların 30 nəfərdən azı qeydiyyatdan keçib, qalanları isə qeydiyyatdan keçmədən səfər ediblər. Həlak olanlar arasında 5 nəfər Rusiya vətəndaşı, Hindistan, Pakistan, İran, Tunis, Mərakeş, İordaniya, Seneqal, İndoneziya, Tacikistandan olanlar var. Onların bir qismi yaşlı və xəstə olduğu üçün, bir qismi isə həddən artıq istilər səbəbindən dünyasını dəyişib.



Oxşar Xəbərlər

Xəbər lenti