Ramil Usubov və Kəmaləddin Heydərov yanğın baş vermiş Narkoloji Mərkəzə gəlib

Ramil Usubov və Kəmaləddin Heydərov yanğın baş vermiş Narkoloji Mərkəzə gəlib

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı hadisə yerinə gəlib.

Sozcu.info Trend-ə istinadən xəbər verir ki, hadisə yerinə, həmçinin respublikanın daxili işlər naziri Ramil Usubov, Baş prokurorun müavini Rüstəm Usubov və Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov gəlib.

Hazırda hadisə yerinə baxış keçirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində güclü yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb edilib və yanğın söndürülüb.

Hadisə nəticəsində 3 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}