Əziz Əzizov Əlinəzərli kəndində səyyar qəbul keçirib -Fotolar


Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun Əlinəzərli kəndində səyyar qəbul keçirib.

Sozcu.info xəbər verir ki, 1 avqust 2024-cü il tarixdə keçirilən səyyar qəbulda rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, RİH başçısı aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və xidməti sahələrin rəhbərləri iştirak ediblər. 

Əvvəlcə tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. 

Beyləqan RİH başçısı Əziz Əzizov keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. 

Daha sonra kənd sakinləri öz müraciətlərini ünvanlayıblar. 

Müraciətlər əsasən içməli su təchizatının yaxşılaşdırılması, məktəb və bağçanın əsaslı təmiri yaxud yenidən inşa edilməsi, elektrik enerjisinin fasiləsiz verilməsi üçün kabelləşmə işlərinin aparılması, kənd yolunun düzəldilməsi kimi məsələlərlə bağlı olub. 

Sakinlər tərəfindən ünvanlanan müraciətlər yerindəcə araşdırılmış, Rayon rəhbəri tərəfindən aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilərək həlli nəzarətə götürülmüşdür. 

Əlinəzərli kənd sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sozcu.info







Oxşar Xəbərlər

Xəbər lenti