Beyləqanda növbəti səyyar qəbul keçirilib Fotolar


Rayonun Birinci Aşıqlı kəndində səyyar qəbul keçirilib.


Təsdiq olunmuş qrafikə uyğun olaraq 17 sentyabr 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov rayonun Birinci Aşıqlı kəndində vətəndaşları səyyar qəbul edib.

Sozcu.info xəbər verir ki, səyyar qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov, Rayon İcra Hakimiyyəti başçısının müavini və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər. 

Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. 

RİH başçısı Əziz Əzizov kənd əhalisini salamlayaraq keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu bildirmiş, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulamışdır. 

Daha sonra kənd sakinləri öz müraciətlərini ünvanlayıblar. Müraciətlər əsasən suvarma suyu və sakinlərin içməli suya olan tələbatının yaxşılaşdırılması, yol, məşğulluq kimi məsələlərlə bağlı  olub.

Rayon rəhbəri edilən müraciətlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür. 

Birinci Aşıqlı kənd sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti