“Qaişniklər” Qarabağ qazisin vəhşicəsinə döyüblər -Foto

İsmayıllı rayonunda məskunlaşmış Laçın rayonundan məcburi köçkün, 2-ci qrup müharibə əlili Cabir Abbas oğlu Həsənovu “qaişniklər” vəhşicəsinə döyüblər. Cabir Həsənovun bacısı 17 sentyabr 2024-cü ildə İsmayıllı rayon Xəstəxanasında əməliyyat olunub. Əməliyyat uğursuz olduğu üçün xəstəni təcili Bakıya aparılmasına qərar verilib. Bakıdan çağrılan təcili tibbi yardım maşını ilə 18 sentyabr 2024-cü il tarixdə səhər saat 9:30 radələrində İsmayıllıdan Bakıya yola salınıb. Təcili tibbi yardım maşını ilə gələn həkim xəstənin şəxsiyyət vəsiqəsini istəyib. Vaxt itirməmək üçün Cabir Həsənov xəstənin şəxsiyyət vəsiqəini yolüstü götürməyi təklif edib. Xəstəni Bakıya vaxtında çatdırmaq üçün bu uyğun hesab edilib. Xəstənin məskunlaşdığı kəndin yolüstündə olduğu üçün bu ən uyğun hal olub. Cabir Həsənov kəndə zəng edərək onlar yolayrıcına çatana qədər bacısının şəxsiyyət vəsiqəsini yolayrıcına gətirmələrini istəyib. Bu zaman evdə qadın və azyaşlı ailə üzvülərindən başqa heç kim olmadığı üçün Cabir Həsənov 16 yaşlı qardaşı oğlundan müharibə əlili kimi dövlət tərəfindən ona verilmiş “Naz-LİFAN” markalı avtomobilə yolayrıcına gətirməsini deyib. Yolayrıcına az qalmış qardaşı oğlu Cabirə zəng edərək Dövlət Yol Polisi əməkdaşlarının onu Polis Şöbəsinə aparmaq istədiklərini deyib. Biri 16 yaşında olan Həsənov Ceyhun və 5 yaşında olan Həsənli Ümidü “qaişniklər” zor tətbiq edərək polis maşına basaraq şöbəyə aparmaq istəyiblər. 16 yaşılı Ceyhunun polislər tərəfindən döyülməsi, üstəlik özünün də polis başına basaraq yanında valideynləri olmadan Polis Şöbəsinə aparılması cəhdi 5 yaşlı Ümidi qorxmasına və əsəb sarsıntısı keçirməsinə səbəb olub.

Təcili tibbi yardım maşının arxasınca hərəkət edən Cabir Həsənov və qardaşı hadisə yerindən bir neçə kilometr aralıda “qaişniklər”in uşaqları polis maşında İsmayıllı şəhəri istiqamətdə apardıqlarını görüb. Geri dönərək polis maşına çatıb və üzləşdikləri vəziyyəti izah etmək istəyib. Lakin “qaişniklər” onu dinləməyərək müharibə əlilini təhqir ediblər. Bu sözdavası əlbəyağa davaya çevrilib və “qaişniklər” 2-ci qrup əlil Cabir Həsənovu möhkəm döyüblər. Nəticədə Cabir Həsənov ağır bədən xəsarətləri alıb. Hazırda qolunun birinə gips qoyublar. Cabir Həsənov hadisə ilə bağlı 102 xidmətinə məlumat verib. Sağlamlığını Birinci Qarabağ Müharibəsində itirmiş Cabir Həsənov ümid edir ki, “qaişniklər”in ona qarşı bu zorakılığına hüquq-mühafizə orqanları, ilk növbədə isə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov biganə qalmayacaq. 

İsmayıllı rayon Dövlət Yol Polisi əməkdaşlarının vətəndaşlara qarşı qanuna zidd davranışları ilə bağlı bu günə kimi bir neçə dəfə İsmayıllı rayon sakinlərindən rəsmi şikayətlər olub. Həmin şikayətlərin ciddi araşdırılıb, lazımi tədbirlər görülməməsi son hadisəni doğurub. İsmayıllı rayon Dövlət Yol Polisi əməkdaşlarının qanuna zidd əməlləri ilə bağlı daha ətraflı araşdırma aparmağa çalışacağıq.

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sozcu.info





Oxşar Xəbərlər

Xəbər lenti