26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Tovuzda baş verən dəhşətli qəzada ağır xəsarət alan yeniyetmə Gəncədə yerləşən xəstəxanada ölüb.
Sozcu.info APA-ya istinadla xəbər verir ki,iki avtomobilin toqquşması zamanı xəsarət alan 13 yaşlı Zaur Həsənovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ağır yol-nəqliyyat hadisəsi gecə saatlarında Bakı-Qazax avtomagistralının Tovuz rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mersedes"lə "VAZ 2106 " markalı minik maşınları toqquşub. Qəza zamanı 5-i hərbçi olmaqla, 6 nəfər hadisə yerində ölüb.
Qəza ilə bağlı cinayət işi açılıb.