8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
TvPress internet qəzetinin baş redaktoru, Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı ötən ilin yayında təşkilatın Feysbuk səhifəsində 2-ci Qarabağ müharibəsində şəhid olmuş tovuzlu qəhrəmanların xatirəsini əbədiləşdirmək üçün Tovuz şəhərinin Xaqani küçəsində yerləşən binaların həyətində sakinlər tərəfindən tikintisinə başlanmış və maliyyə çatışmazlığından yarımçıq qalmış xatirə bulağı haqda tənqidi yazı ilə çıxış edib fotolar paylaşmışdı.Məsələyə reaksiya verən Tovuz rayon İcra Hakimiyyətinin açıqlaması isə problemin həllinə səbəb olmayıb. Keçən 1 ildə həmin bulaq olduğu kimi yarımçıq qalıb və tamamlanmayıb. DİA.AZ olaraq TvPress saytına istinadla keçən ilki yazını və fotoları yenidən təqdim edirik.Baş redaktorun yazısını və fotoları, həmçinin Tovuz RİH-in cavabını olduğu kimi dərc edirik. (Fotoskanlar əlavə olunur).Elçin Bayramlı: Gördüyünüz bu xatirə bulağı Tovuz şəhəri Xaqanı küçəsindəki 6 və 8 nömrəli binaların həyətindədir. Bunu sakinləri özləri pul yığıb Vətən müharibəsi şəhidlərinin xatirəsinə tikiblər, lakin pulları bura qədər çatıb, indi rayonda bir adam, idarə, biznes obyekti tapılmır ki, qalan xərci də ödəsin, 90 faizi tamamlanmış tikilinin üz-başını da düzəldib istifadəyə versinlər. Amma rayonun pullu, vəzifəli şəxsləri hər gün restoranda neçə belə tikilinin xərcini yeyib-içməyə verə bilirlər. Şəhidlərimizə qoyulan hörmət budurmu? Əgər rayonda heç kimin bu 5-10 manat xərci ödəməyə həvəsi yoxdursa, Tovuzdan kənarda yaşayan tovuzlulara müraciət edək, bəlkə onlar yardım edələr.Tovuz rayon İcra Hakimiyyəti: Məlumat üçün bildiririk ki, sözügedən bulaq şəhid ailəsi tərəfindən tikilməmişdir. Bulağın tikintisinə həmin ünvanda yaşayan sakin tərəfindən başlanılmış, maliyyə vəsaiti səbəbindən tamamlanmamışdır. Sözügedən şəxslə telefon əlaqəsi saxlanılmış, vətəndaş tikintini tamamlayacağını bildirmişdir. Bildiririk ki, birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün RİH tərəfindən Tovuz şəhərində Şəhidlər Xiyabanında abidə komleksi inşa olunmuşdur.Elçin Bayramlı: Açıqlama qaneedici deyil. Yazıda iddia olunmur ki, şəhid ailəsi tikib. Nə də bir nəfər şəxs tikməyib. 2 binadan sakinlər pul toplayıb birgə tikiblər. Amma pulları çatmayıb 1 ildən çoxdur ki beləcə qalıb. Şəhidlər Xiyabanı başqa mövzudur. Adi bir kiçik bulaq çox xərc tələb etməz, bu boyda rayon üçün beş-on kvadrat kafel üzlük vurmaq və 5 metr boru çəkmək problem olmamalıdır. Yadımdadır, keçən yay mən Tovuzda olarkən oraya gələn İH nümayəndələri mənə və sakinlərə söz vermişdi ki, kömək edəcəyik. Mən də bu xeyirxah işi mediada işıqlandıracağımı demişdim. Amma bu baş vermədi. Yəqin keçən ilyarımda buna vaxt olmayıb ya da rayonda bir neçə yüz manat tapmaq mümkün olmayıb. Belədirsə, biz xaricdə yaşayan imkanlı tovuzlulara açıq müraciət hazırlayıb bütün mediada dərc edəcəyik. İnşallah onların bu xırda məbləği ödəməyə gücləri çatar.Redaksiyadan: Bu açıqlamadan sonra daha 1 il keçib və bulaq kompleksi olduğu kimi yarımçıq qalıb. Müharibədən sonra 3 il keçib və bu 3 ildə nə rayon orqanları, nə də sakinlər bu bulağı tamamlaya bilməyib. Ümidvarıq ki, bu baibırçılığa bu dəfə son qoyulacaq.Videokadrlara buradan baxa bilərsiniz: