Beyləqanda 15 İyun – Milli Qurtuluş Günü qeyd olundu -Forolar

Müasir Azərbaycan tarixinin dönüş nöqtəsi, dövlətçiliyimizin xilası və sabitliyimizin bərqərar olmasının rəmzi olan 15 İyun – Milli Qurtuluş Günü Beyləqan rayonunda təntənəli şəkildə qeyd olunub.

Əvvəlcə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və gənclər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etmişlər.

Daha sonra Beyləqan Rayon Mədəniyyət Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini, xalq və dövlət qarşısındakı əvəzsiz xidmətlərini əks etdirən videoçarx nümayiş olunub. 

Sozcu.info xəbərverir ki, tədbirdə giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 1993-cü ilin iyununda ölkənin ağır vəziyyətdən xilas olunaraq sabitlik və inkişaf yoluna qədəm qoyduğunu vurğulamış, bu dönüşün memarı olan Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından ətraflı bəhs etmişdir. Qeyd olunub ki, müasir müstəqil Azərbaycanın möhkəm təməlləri məhz həmin tarixi günlərdə qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin ideyaları qətiyyətlə həyata keçirilir.


Tədbirdə Birinci Şahsevən kənd 3 saylı tam orta məktəbin direktoru Zaur Qədirov da çıxış edərək Milli Qurtuluş Gününün dövlətçilik tariximizdəki əhəmiyyətini vurğulayıb. Ardınca Yuxarı Aran qəsəbə tam orta məktəbinin 11-ci sinif şagirdi Rəqsanə Misirxanova Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeiri səsləndirib.


Tədbirin bədii hissəsində VI Muğam Televiziya Müsabiqəsinin laureatı, Beynəlxalq Muğam Festivalının qalibi, Akademik Opera və Balet Teatrının solisti Mirəli Sarızadə, Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi Məktəbinin şagirdləri və rayonumuzun tanınmış musiqiçiləri vətənpərvərlik ruhunda musiqi kompozisiyaları ilə çıxış ediblər.


Konsert proqramı “Azərbaycan oğluyam”, “Xudayar təsnifi”, “Azərbaycan”, “Azərbaycanım”, “Yaşa mənim xalqım” və “Qarabağ” şikəstəsi kimi əsərlərdən ibarət zəngin repertuarla yadda qalmışdır.




Oxşar Xəbərlər

Xəbər lenti