Bakıda yeni metro stansiyaları tikiləcək - 35,4 milyon manat ayrıldı


Bakıda yeni metro stansiyalarının tikintisi üzrə layihələndirilmə işlərinə start verilir.

Yaşıl xətt üzrə Y14−Y17 və Bənövşəyi xətt üzrə B5−B8 stansiyaları üçün tunellərin və stansiyaların tikintisinin, Yaşıl və Qırmızı xətlərin ayrılması və eləcə də, "İçərişəhər” stansiyasında keçid kamerasının, geri dönüş tunelinin və yeraltı avtomobil dayanacağının tikintisi layihələndirilməsi üzrə işlər aparılacaq.

Belə ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

QSC sözügedən işlərin icrasını "Yüksel Proje" MMC-yə həvalə edib və müqavilə bağlayıb./Trend



Oxşar Xəbərlər

Xəbər lenti