11-11-2025, 20:04
31-10-2025, 14:12
30-10-2025, 23:05
30-10-2025, 16:39
17-10-2025, 18:29
Rusiya və Qərb kəşfiyyat agentlikləri 2024-cü ilin yayında Böyük Britaniya, Almaniya və Polşada yük və kuryer şirkətlərinin anbarlarında bağlamaların partladılmasında iştirak edən rusiya casusu Yaroslav Mixaylovla bağlı gizli şəkildə mübarizə aparır.
Sozcu.info xəbər verir ki, partlayışlardan sonra Mixaylov saxta sənədlərdən istifadə edərək Azərbaycana qaçıb.
İndi Qərb və Rusiya xüsusi xidmət orqanları rusiyalının ekstradisiyası üçün Azərbaycana təzyiq göstərməyə çalışır. O cümlədən FSB, Xarici Kəşfiyyat Xidməti (SVR) və QRU rəhbərləri Bakıya təzyiq göstərməyə çalışıblar ki, Mixaylovu Rusiyaya qaytarsın və Polşanın rus agentinin ekstradisiyası tələbini rədd etsin.
Öz növbəsində Polşa, Böyük Britaniya, Ukrayna və Litva Mixaylovun Rusiyaya qayıtmasının qarşısını almağa çalışır.
"Interpol" Polşanın tələbi ilə Mixaylovun “Rusiya kəşfiyyat xidmətləri”nin göstərişi ilə həyata keçirdiyi “terrorçu” əməliyyatlara görə onun barəsində gizli həbs qərarı verib. Moskva bağlama anbarında baş verən partlayışlar da daxil olmaqla, Avropada təxribat törədilməsi ilə bağlı bütün ittihamları rədd edir.
Azərbaycan indiyədək Mixaylovun ekstradisiyası ilə bağlı bütün müraciətləri rədd edib. Onların fikrincə, rusiyalı 2024-cü ilin böyük hissəsini naməlum şəraitdə keçirib: o, saxlanılmayıb, lakin nəzarətdə qalıb və ölkədən çıxışına qadağa qoyulub.
Kremlin sözçüsü Dmitri Peskov WP-nin suallarını cavablandırmaqdan imtina edib. “Bizim şərh edəcəyimiz heç nə yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyi də şərh verməkdən imtina edib.