Dünən, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
İran Məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ecei bəzi qonşu ölkələrə hücumları davam edəcəklərini bildirib. O regiondakı bəzi ölkələrin "düşmənin əlində olduqlarına" dair məlumat aldıqlarını və onların İrana hücum üçün istifadə edildiyini iddia edib.
Ecei hazırda İranı rəsmi olaraq idarə edən 3 nəfərlik müvəqqəti şuranın üzvüdür. Həmin şuranın başqa üzvü Məsud Pezeşkian bu gün qonşu ölkələrə hücum etməyəcəklərini açıqlamışdı. O, qonşu ölkələrdən üzr istəmişdi.
Ecei həmçinin İranda sərt baxışları və SEPAH-a yaxınlığı ilə tanınır. O, İranda ilin əvvəlindəki etirazlardan sonra həbs edilən etirazçıların edamını dəstəkləyənlərdən olmuşdu. İran konflikti başlayandan bu yana İran ərazisindən ərəb ölkələrinə o cümlədən Azərbaycana raket və dron hücumu olub. Ərəb ölkələri və Azərbaycan bu hücumları sərt tənqid ediblər. (Azadliq Radiosu)