Dünən, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
Sozcu.info Azadlıq Radiosuna istinadla xəbər verir ki, "Siil” ("Kirpi”) adı verilmiş bu təlim mayın 14-dək davam edəcək.
Bildirilir ki, Estoniya 1991-ci ildə keçmiş Sovet İttifaqından müstəqillik qazanandan bəri, bu, ən böyük hərbi məşq sayılır. Təlimin bir hissəsi qonşu Latviyada keçiriləcək.
Estoniya ordusundan başqa, 15 ölkədən 2 min hərbçi məşqlərdə iştirak edir.
Estoniya, Latviya və Litva Rusiyayla həmsərhəddir. NATO və Avropa Birliyinə üzv olmalarına baxmayaraq, onlar Moskvanın regiondakı niyyətlərindən narahatdırlar. Rusiya 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra bu narahatlıq daha da artıb.