8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin fəaliyyətinin qənaətbəxş olmaması haqqında ölkə mətbuatında çox tənqidi fikirlər səslənib. Hətta rəsmi şəxslər də bununla bağlı fikirlər səsləndiriblər. Hüquq-mühafizə orqanlarının zaman-zaman həyata keçirdiyi əməliyyatlar zamanı isə istifadəyə yararsız ətlərin satışı ilə bağlı şəbəkənin mövcudluğunu göstərib. İddialara görə, bu şəbəkə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin bəzi əməkdaşlarının da xidmətindən istifadə etməklə öz bədnam əməllərini həyata keçirirlər. Bu isə ölkə əhalisinin sağlamlığına qarşı çox ciddi təhlükələr doğurur. Məlumatlı şəxsin sözlərinə görə əsasən iri buynuzlu heyvanlarda rast gəlinən qarayara xəstəliyinə qarşı mübarizə çox effektsizdir. Belə ki, təlimata əsasən bu xəstəliyə qarşı peyvənd edilmə əməliyyatı xüsusi qapalı yerdə aparılmalı olduğu halda bu qaydaya əməl olunmur. Qarayara xəstəliyinə qarşı peyvənd edilmiş heyvanların ən azı 4 ay kəsilməməsi tələbinə də nəzarət yoxdur. Bu isə vətəndaşların qida təhlükəsizliyi ilə bağlı tələblərini zərbə altına qoyur.
Məlumatlı mənbə bildirir ki, ev quşlarının müxtəlif xəstəliklərə qarşı peyvənd edilməsi də formal xarakter daşıyır. Baxmayarq ki, bu məqsədlə xaricdən çox baha qiymtə dərmanlar alınır. Ancaq bu zaman bir çox reallaıqlar nəzərə alınmadığı üçün həmin dərmanların alınması heç bir effekt vermir. Külli miqdarda büdcə vəsaitinin istifadə olunmasına baxmayaraq tibbi peraparatlar və dərmanlar ünvanına gedib çıxmır. Bununla bağlı geniş araşdırma aparırıq və araşdırmamız hazır olanda yeni kənd təsərrüfatı naziri İnam Kərimovun da münasibətini öyrənməyə çalışacağıq.
Məlumatlı mənbə bildirir ki, baytarlıq xidməti çərçivəsində islahatların aparılması üçün yeni addım planlaşdırır. Onlardan biri Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Kənd Təsərrüfatı Nazirliyinin tabeçilyindən çıxarılıb, Qida Təhlükəsizliyi Agentliyinin tərkibinə verilməsi ilə bağlı olub. Lakin, Kənd Təsərrüfatı Nazirliyində rəhbər dəyişikliyindən sonra bu plan təxirə salınıb. Görünür, hakimiyyət rəsmiləri yeni kənd təsərrüfatı naziri İnam Kərimovun vəziyyəti düzəldəldəcəyinə inanıb. Buna görə də hələlik Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Kənd Təsərrüfatı Nazirliyinin tabeçilyində saxlamaq qərarı verilib. Mənbə bildirir ki, yeni kənd təsərrüfatı naziri İnam Kərimov baytarlıq xidməti sahəsində ciddi dönüş etmək üçün kəskin islahatlar həyata keçirəcək. Buraya struktir və kadr islahatları daxildir. Nazir İman Kərimovun Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanovla yollarını ayıracağı da gözlənilir.
Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə bağlı apardığımız zamanı tibbi peraparatlar və dərmanların alınmasına ayrılmış büdcə vəsaitinin necə istifadə olunması ilə yanaşı, ayrı-ayrı Zona Baytarlıq Laboratoriyalarında inzibati binaların əsaslı təmiri işlərinin, nəqliyyat vasitələrinin təmiri və təminatı işlərinə ayrılan vəsaitlərin də necə istifadə olunmasına aydınlqı gətirəcəyik.