25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Əli Əliyev: "Son dövrlər hakimiyyətdə dərin çürümə prosesi gedir”
"Tədbir xatirinə tədbir keçirilməməlidir”
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi (Türk XİN SAM) birgə əməkdaşlıq çərçivəsində 26-30 noyabr tarixlində Ankarada "Azərbaycan həftəsi” keçirib. Azərbaycan jurnalistlərinin bir qrupunun da dəvət edildiyi səfər zamanı qardaş ölkədə "Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi” də müzakirə olunub. Hansı ki, bu mövzuda konfransın keçirilməsi Azərbaycan mətbuatında tənqidlərə də səbəb oldu. Ən əsası isə, konfransın təşkilinin də bərbad olduğu ortaya çıxdı. Hətta məlum tədbirdə iştirak edən "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu özünün "feysbuk” səhifəsində tənqidi status paylaşdı:
"Ankarada bizi bir tədbirə apardılar. Nəymiş, əfəndim?
"Türkiyə - Azərbaycan münasibətlərinin gələcəyi” mövzusunda konfrans idi.
Təşkilatçılara bir baxın: AK Parti iqtidarına bağlı olan Siyasət, Ekonomi və Toplum Araşdırmaları Vəqfi! Onlarla bərabər, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM)!
Mövzu və təşkilatçıların adları möhtəşəm, tədbir biabırçı. Zal bomboş, Türkiyə mediası yox!
Bakıdan gedən 15 media rəhbərini bəlkə də zalı bir az da olsun, dolu göstərmək üçün dəvət etmişdilər. Bizdən başqa zalda 10-12 adam olardı...
Təsəvvür edin, Musa Qasımlı danışır, bizsə onu dinləmək zorunda idik(((
İşgəncə kimi bir şey...
Kimi aldadırıq? Nəyə lazımdır, bu oyuncaq konfranslar? Mən niyə Bakıdan Ankaraya gedib, Musa Qasımlını və SAM -çı Cavid Vəliyevi dinləməliyəm?
O konfransa yəqin ki, müəyyən qədər vəsait sərf olunub. Amma nə üçün? Axı, hamı şahid oldu ki, tam boşuna bir tədbir idi. Nə media vardı, nə də dəvətlilər. Türkiyə Avropa deyil ki, oraya dəvət məsələsində problem ola. Deməli, işləməyiblər, sadəcə, fiksiyadır!
SAM rəhbəri Fərhad Məmmədov və digər məsuliyyətli şəxslər bu biabırçılığa cavab verməlidir. Onlar dövləti və prezidenti aldadırlar.
Bə bizə də bir üzür borcludurlar...”.
Əslində, Rauf Arifoğlunun iradları tamamilə haqlıdır. Çünki bu cür səmərəsiz tədbirlərə dövlət büdcəsindən pul silmək yanlışdır. Elə, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovla bağlı mətbuatda bəzi maraqlı informasiyaların yayılması da onu deməyə əsas verir ki, bu cür tədbilər ancaq pul silmək üçün nəzərdə tutulur. Məlumata görə, özünü nazir statusunda görən F.Məmmədov bu kimi xarici səfərlərə gedərkən xüsusi olaraq müşayət olunmasını təşkil etdirir. Məsələn, o, xarici səfərlər zamanı heç bir zaman təyyarədə sıravi vətəndaşlarla yanaşı uçmaz, ona mütləq "biznes klass”da yer ayrılmalıdır. Elə sonuncu Türkiyə səfəri zamanı da nümayəndə heyətinin digər üzvlərindən fərqli olaraq F.Məmmədov qardaş ölkəyə "biznes klass”da uçub və bununla özünün statusunun daha yüksək olduğunu nümayiş etdirməyə çalışıb. Həmçinin, digərlərindən fərqli olaraq, qayıdarkən hava limanında onun üçün xüsusi qarşılanma mərasiminin təşkil olunması da çoxlarının diqqətindən qaçmayıb.
Şübhəsiz, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun təşkilatçıları ifşa edən açıqlama yayması və SAM rəhbərliyinə qarşı ittihamlar irəli sürməsi heç də əsassız deyil. Konfransda 1 nəfər də olsun Türkiyə mətbuatını təmsil edən jurnalistin olmaması isə biabırçılıqdır. Maraqlıdır ki, Türk XİN SAM-la birgə təşkil olunan konfransda niyə Türkiyə tərəfi yetərincə təmsil olunmayıb? Əslində, Türkiyə tərəfinin tədbirdə yetərincə təmsil olunmaması da təşkilatçılıq işinin qüsurlu olması ilə bağlıdır.
"Şəkillər Azərbaycan tərəfinin tədbirə hazırlıq səviyyəsinin münasibətinin göstəricisidir”
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev "Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi” mövzusunda keçirilən konfransla bağlı "Hürriyyət”ə dedi ki, tədbir haqqında məlumatlıdır: "Ora bizim tərəfdən olan nümayəndələr çox zəif qatılıblar. Nümayəndlik yaxşı olmayıb, iştirakçılar az olublar. Amma bütünlükdə həmin məsələni müzakirə etmək olardı. Həmin məsələnin müzakirə edilməsində ziyanlı bir şey yoxdur. Konfransın mövzusu "Azərbaycan-Türkiyə arasında mövcud münasibətlərin inkişafı” olsaydı, daha doğru olardı. Mənim firkimcə, bu cür tədbirlər keçirilə bilər. Amma həm adı, həm də nümayəndəlik səviyyəsi ciddi nəzərə alınmalıdır. Tədbir xatirinə tədbir keçirilməməlidir. Bizim rəsmi qurumlar, təəssüflər olun ki, bir sıra tədirlərə pul "yumaq” aksiyası kimi baxırlar və tədbirləri heyət xarakerli keçirirlər. Mən mətbuatda o tədbirin şəkillərini gördüm. Şəkillər özü Azərbaycan tərəfinin tədbirə hazırlıq səviyyəsinin münasibətinin göstəricisidir. Ora qatılmış mətbuat nünayəndələrimizin şikayət məzmunlu "feysbuk” statuslarına da rast gəlmişəm”.
"Hakimiyyət düşərgəsinin pozulmasını müşahidə edirəm”
"Bu oyuncaq konfranslar kimlərə lazımdır” sualını cavablandıran Ə. Əliyev dedi ki, pul yığılmasına lazımdır: "Rauf bəyin statusunu oxumuşam. Məncə, Rauf bəy haqlıdır. Mən hesab edirəm ki, əgər bu səviyyədə, məsuliyyətsiz şəkildə tədbrilər keçirirlərsə, belə təbirlər pul "yumaqdan” başqa məqsəd daşıya bilməz. Ümumiyyətlə, mən hakimiyyət düşərgəsinin pozulmasını müşahidə edirəm və hakimiyyətdə bir dərin çürümə prosesi gedir. Ona görə, strukturlarda belə pozma aksiyaları və belə şablon tədbirlər olacaq. Buna təəssüf etmək lazımdır”.
"Türkiyədəki tədbir müəyyən məmurların pul yumağına xidmət edirdi”
"Prezidenti və xalqı aldatmağa kimlər və nə üçün şərait yaradır” sualını isə Ə.Əliyev belə cavablandırdı: "Mən hesab edirəm ki, hakimiyyətin daxilində son dövrlər sobataj davranışı var. Təəssüf ki, dövlətin gözdən salınması da bu prosesin içində paralellik təşkil edir. Amma hökumətin içərisində qruplar arasında münaqişə bir sıra sərəncam hüququ olan hakimyyətdaxili işbazlara pul qazanmaq üçün üstüortülü şərait yaradır. Mənə elə gəlir ki, Türkiyədəki tədbir məhz həmin xaraketli tədbir idi və müəyyən məmurların pul yumağına xidmət edirdi”.