Bir nəfər 257 nəfəri koronavirusa yoluxdurub - atası, əmisi və bacısını İTİRİB

Bir nəfər 257 nəfəri koronavirusa yoluxdurub

 

Türkiyə səhiyyə naziri Fahrettin Kocaya bu gün baş tutmuş brifinqdə verilən suallardan biri də Məkkə ziyarətindən gələnlərlə bağlı idi.

Qardaş ölkədə belə fikir var ki, həmin şəxslər çox adamı virusa yoluxdurub. Fahrettin Koca iddianı rədd etdi. Amma Türkiyə Təbiblər Birliyinin məsul şəxslərindən biri başqa fikir deyir.

Filiz Ünal konyalı türk vətəndaşının Məkkə ziyarətindən gələrək 257 nəfəri virusa yoluxdurduğunu söyləyib. Onun sözlərinə görə, həmin şəxs 5 nəfərin ölümünə səbəb olub. Virus daşıyıcısı yaxınlarından atası, əmisi, bacısını da itirib.

Türkiyədə indiyə qədər 20 mindən çox insanda koronavirus aşkarlanıb. Həmin şəxslərin 425-i həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada 1 milyon 80 mindən çox insanda virus aşkar edilib. Onların azı 58 mini həyatla vidalaşıb.



Oxşar Xəbərlər

Xəbər lenti