8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Prezident Administrasiyasının Dövlət Nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı Ağarzayeva Rəna Əvəz qızı və onun həyat yoldaşı Ağarzayev Sənan Məhərrəm oğlunun zərərçəkən qismində tanındıqları müdhiş dələduzluq hadisəsi ilə bağlı məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində başlayıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə baxışı bir milyon manatlıq müdhiş dələduzluq olayı ilə bağlı həqiqətləri üzə çıxaracağına şübhələr var. Məsələ ondan ibarətdir ki, zərərçəkmiş şəxslər yüksək vəzifəli məmurun yaxın qohumlarıdır. İkincisi isə 201900094 saylı cinayət işi üzrə ittiham olunan İsmiyeva Şəfəq Müslüm qızı həbs olunsa da, sonradan onun haqqında həbs-qəti imkan tədbiri dəyişib. Məlumatlı şəxsin sözlərinə görə, bir milyonluq dələduzluq olayının əsas məsuliyyəti Zeynallı Ceyhun Şahin oğlunun üzərinə qoyulmasına cəhd edilir. Yeganə ümid odur ki, hakim Novruz Kərimovun 12 illik hakimlik təcrübəsi və 20 il Milli Təhlükəsizlik Nazirliyində müstəntiq, mühüm işlər üzrə baş müstəntiq kimi təcrübəsi var. Ancaq zərərçəkənlərin yaxın qohumlarının yüksək vəzifədə olması narahatlıq yaradır. Buna görə də “Yeni Sözçü” qəzeti məhkəmə prosesini yaxından izləməyə çalışacaq.
Məhkəmə prosesini izləyib, oxucularımızı məlumatlandırmaqla yanaşı eyni zamanda bu müdhiş dələduzluq hadisəsi, bu olayda adı keçən şəxslərlə bağlı redaksiaymıza daxil olan məlumatlarla bağlı geniş araşdırma aparmağa çalışacağıq. Məsələn, “Yeni Sözçü” qəzetinə daxil olan məlumata görə, falçı adı ilə Ağarzayeva Rəna Əvəz qızı və onun həyat yoldaşı Ağarzayev Sənan Məhərrəm oğlunu aldadaraq bir milyon manatlarını alan İsmiyeva Şəfəq Müslüm qızı barəsində bir neçə dəfə oxşar ittihamlarla şikayət olunub. Ancaq nədənsə həmin şikayətlər sona kimi araşdırılmadığı iddia olunur. Fikirimizcə bu məlumatın araşdırlması çox vacibdir. Əgər bu məlumat təsdiqlənərsə, İsmiyeva Şəfəq Müslüm qızı ilə bağlı istintaqın “görmədiyi” həqiqətlər üzə çıxa bilər. Eləcə də hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Ağarzayeva Rəna Əvəz qızının bir milyon manatı “falçı” İsmiyeva Şəfəq Müslüm qızına verməsinin əsil səbəbi üzə çıxaracağına ümid bəslənilir. Çünki, cinayət işində bu məsələyə tam aydınlıq gətirildiyini söyləmək mümkün deyil. Fikirimizcə bu məsələ çox önəmlidir. Buna görə də məhkəmə bir milyon manatlıq dələduqluz olayı ilə bağlı bütün həqiqətləri üzə çıxarmalıdır.
Sozcu.info